“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Yaşil energetikaya keçidin Azərbaycan modeli
Hüseynzadə Rufat Fariz oğlu
UNEC Rus İqtisad Məktəbinin III kurs tələbəsi,g ənc tədqiqatçı
Yaşil energetikaya keçidin Azərbaycan modeli
Yaşıl iqtisadiyyat ekoloji davamlılığı, məhsul və xidmətlərin istehsalını? və yaşıl inkişafa investisiya qoyuluşunu təmin edən bir konsepsiya kimi dəyərləndirilir.
Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrindən istifadə ilbəil genişlənir və inkişaf edir. Bu enerji mənbələri su enerjisi, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dənizlərdə və okeanlarda dalğa enerjisi, su axını enerjisi və digər mənbələr kimi qəbul olunur.
Bu sahənin inkişafı məqsədilə ölkəmizdə 2004-cü ildən Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Proqramı icra edilir.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri və “yaşıl enerji" proqramı ölkədə yeni dayanıqlı enerji mənbələrinin səmərəli istifadəsinə və prioritetləşdirilməsinə yönəldilib. Müasir və gələcək nəsillərin ehtiyaclarını tam ödəmək üçün ekoloji cəhətdən təmiz "yaşıl texnologiyalara” ehtiyac olduğu göstərilir.
Qeyd edək ki, Azərbaycan hökuməti yeni reallıqlar şəraitində "yaşıl artım" ın təşviqində əsas rol oynayır. İqtisadi və digər siyasi vasitələrin köməyi ilə hökumətlər yaşıl istehsal və istehlakı stimullaşdıran, bu sahədə əməkdaşlığı təşviq edən və ən yaxşı təcrübə mübadiləsini dəstəkləyən şərait yaradırlar . Xüsusilə, Azərbaycan hökuməti yeni texnologiyaların və innovasiyaların işlənib hazırlanmasını və istifadəsini təşviq etməklə "yaşıl böyüməni" təşviq edir.
“ Yaşıl energetikaya” keçidin Azərbaycan modelinin əsas səciyyəvi cəhəti odur ki, ölkəmiz özünü təmin edən bir energetika sahəsinə malik olduğu halda “ Yaşıl energetikaya” keçidi öz qarşısında sosial-iqtisadi inkişafın əsas priotetlərindən biri kimi müəyyənləşdirilmiş və bu istiqamətdə sistemli, kompleks, mərhələli tədbirləri həyata keçirir və bu tədbirlərin hamısı proqram xarakteri daşıyır.
Bir məsələni də qeyd edək ki, Böyük Qayıdış Proqramının reallaşdırılmasında əsas prioritetlərdən biri kimi qəbul olunmuş alternativ enerji mənbələrindən istifadə prosesi də geniş vüsət alır ki, bu təcrübənin öyrənilməsi dünya ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir.























































