Menu
Xəbər Lenti
27 Tem 14:19Manşet / Gündəm

“Şah Dağ” Təşkilatı Şurasının İdarə Heyəti - Müdrikliyin və mənəviyyatın zirvəsində

 

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, “Şah Dağ” Təşkilatı Şurasının İdarə Heyətinin sədri Elxanan Raziel keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq. “Şah Dağ” təşkilatı Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə təsis olunan gənclər təşkilatıdır. Təşkilatın rəhbəri Elxanan müəllim həmişə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan şəxsiyyətlərdən biridir. Həmişə İsrail-Azərbaycan dostluğu yönümdə atdığı addımlar məhz Prezident İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyastəinin dəstəklənməsinin bariz nümunəsidir.
“Şah Dağ” Təşkilatı Şurasının İdarə Heyəti - Müdrikliyin və mənəviyyatın zirvəsində
“Şah Dağ” Təşkilatı Şurasının başda Elxanan müəllim olmaqla kollektiv bütün şəhid ailələrinin, əlillərin, veteranların və kimsəsiz və ahıl insanların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elxanan müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. İstər pandemiyanın sərt dövründə, istərsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı, 44 günlük haqq savaşında əsgər-zabitlərimizə və ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
“Şah Dağ” Təşkilatı Şurasının İdarə Heyəti - Müdrikliyin və mənəviyyatın zirvəsində
Elxanan müəllimin şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
“Şah Dağ” Təşkilatı Şurasının İdarə Heyəti - Müdrikliyin və mənəviyyatın zirvəsində
“Şah Dağ” Təşkilatının Gənclər şöbəsinin müdiri Eltur Sarıyevdən də bəhs etmək istəyirik. Eltur müəllim gənc olmasına baxmayaraq istər vəzifə borcunu, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Eltur Sarıyev bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən vətəndaşlardandır. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
“Şah Dağ” Təşkilatı Şurasının İdarə Heyəti - Müdrikliyin və mənəviyyatın zirvəsində
Eltur Sarıyev yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Eltur müəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Eltur Sarıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Vətənpərvər insan Eltur müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
“Şah Dağ” Təşkilatının İdarə Heyətinin sədri Elxanan Raziel başda olmaqla bütün kollektivinə işlərində uğurlar arzulayırıq.
“Şah Dağ” Təşkilatı Şurasının İdarə Heyəti - Müdrikliyin və mənəviyyatın zirvəsində

Hazırladı:
Fərid Faiqoğlu
AJB-nin üzvü

“Şah Dağ” Təşkilatı Şurasının İdarə Heyəti - Müdrikliyin və mənəviyyatın zirvəsində