Menu
Xəbər Lenti
60 YAŞ NƏDİR HƏLƏ...
20-06-2021, 12:07

60 YAŞ NƏDİR HƏLƏ...

“Wolt” artıq Gəncədə!
18-06-2021, 11:01

“Wolt” artıq Gəncədə!

Şuşa Bəyənnaməsi
18-06-2021, 10:47

Şuşa Bəyənnaməsi

Sabaha olan hava proqnozu
17-06-2021, 14:26

Sabaha olan hava proqnozu

TƏBRİK EDİRİK!!!
17-06-2021, 09:02

TƏBRİK EDİRİK!!!

Mələk simalı həkimim
16-06-2021, 12:09

Mələk simalı həkimim

06 iyn 11:21Gündəm / İdman

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək

İyunun 6-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçiriləcək.
Xezertv.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qran-Pridə hər birində 2 pilot olmaqla on komanda mübarizə aparacaq. Belə ki, yarışda “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışırlar. “Red Bull Racing Honda” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparacaqlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edəcəklər. Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandalarının idman şərəfini qoruyacaqlar.
Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Azərbaycan Qran-Prisi Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsidir.