VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Şəhər parkı ərazisində ucaldılmış abidəsini və Şəhidlər xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin, YAP rayon təşkilatının rəhbər şəxslərinin, SHXÇDX-nin Qax Rayon şöbəsinin əməkdaşlarının, şəhid ailələri və qazilərin, ziyalıların, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 26 iyun-Silahlı Qüvvələr Gününə həsr olunmuş videolent nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Milli Ordumuzun yaranmasını münasibətilə tədbir iştirakçılarını təbrik edərək ötən illər ərzində ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Sovet dövründə və müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
44 günlük Vətən müharibəsində və antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimizin keçdiyi şərəfli və qürurlu döyüş yolundan danışan Vəfa Heydərova xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək düşmən üzərindəki möhtəşəm Zəfərlə şanlı tarix yazdığını bir daha diqqətə çatdırdı. Onu da vurğuladı ki, indi Azərbaycan Ordusu öz ərazi bütövlüyünü qorumaqla məşğuldur. Ordumuz təkcə hərbi güc deyil, həmdə ölkəmizin müstəqilliyinin, sabitliyinin və milli birliyinin simvoludur. Onun missiyası xalqımızın təhlükəsiz həyatını təmin etmək, dövlətimizin maraqlarını qorumaq və Azərbaycanın regionda sülh və əməkdaşlıq məkanına çevrilməsinə töhfə verməkdir.
Çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olduğunu vurğulayaraq, bütün hərbi qulluqçuları peşə bayramı münasibətilə təbrik ediblər.

































































