“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Vətən ordenli gizir – Şəhidlik zirvəsinə ucalan qəhrəman Vidadi Nizami oğlu Zalov
Azərbaycan xalqının qəhrəmanlıq tarixi Vətən uğrunda canından keçən igid oğulların şərəfli ömür yolu ilə yazılmışdır. Bu tarixin ən parlaq səhifələrində adları qızıl hərflərlə həkk olunan qəhrəmanlarımızdan biri də şəhid gizir Vidadi Nizami oğlu Zalovdur. O, torpaq sevgisini, dövlətə sədaqətini və hərbçi andına bağlılığını döyüş meydanında sübut edərək şəhidlik zirvəsinə ucalmış, ömrünü Vətənə həsr etmiş qəhrəman Azərbaycan oğullarından biridir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən Vidadi Zalov böyük şücaət və mərdlik nümayiş etdirmişdir. O, qarşıya qoyulan döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirmiş, ən çətin məqamlarda belə qorxmazlığı və cəsarəti ilə silahdaşlarına nümunə olmuşdur. Vidadi Zalov yaxşı bilirdi ki, Vətən sevgisi sadəcə bir söz deyil, onun uğrunda hər cür fədakarlığa hazır olmaq deməkdir. Məhz buna görə də o, döyüş meydanında sinəsini düşmən gülləsinə sipər edərək müqəddəs şəhidlik zirvəsinə yüksəldi.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfərin qazanılmasında minlərlə qəhrəman oğullarımızın payı olduğu kimi, Vidadi Zalovun da xüsusi xidmətləri olmuşdur. O, döyüş yoldaşları ilə birlikdə düşmənə qarşı amansız mübarizə apararaq Azərbaycan Bayrağının işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanmasına öz töhfəsini vermişdir.
Şəhid gizir Vidadi Nizami oğlu Zalovun göstərdiyi igidlik və qəhrəmanlıq dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Bu yüksək dövlət mükafatı onun qəhrəmanlığının və Vətən qarşısındakı misilsiz xidmətlərinin bariz göstəricisidir.
Vidadi Zalovun adı bu gün yalnız ailəsinin deyil, bütün Azərbaycan xalqının qürur mənbəyidir. O, öz qanı ilə tarix yazaraq gələcək nəsillərə əsl vətənpərvərlik nümunəsi göstərmişdir. Onun keçdiyi döyüş yolu, göstərdiyi şücaət və Vətən uğrunda etdiyi fədakarlıq hər bir Azərbaycan gənci üçün örnəkdir.
Bu gün qəhrəman şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilir. Onun silahdaşları, döyüş dostları və onu tanıyan hər kəs Vidadi Zalovu böyük hörmət və minnətdarlıq hissi ilə xatırlayır. Çünki o, yalnız peşəkar hərbçi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik, Vətənini sonsuz məhəbbətlə sevən bir insan idi.
Şəhidlər xalqın ölməzlik simvoludur. Onlar cismani olaraq aramızda olmasalar da, ruhları daim bizimlədir. Vidadi Zalov da məhz belə qəhrəmanlardan biridir. Onun adı Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq, göstərdiyi igidlik gələcək nəsillərə örnək olacaqdır.
Bu əlamətdar gündə şəhid gizir Vidadi Nizami oğlu Zalovun əziz xatirəsini ehtiramla yad edir, onun ailəsinə, yaxınlarına və bütün silahdaşlarına dərin hörmətimizi bildiririk. Qəhrəman şəhidimizin adının daim uca tutulması hər birimizin mənəvi borcudur.
Təbriklərə XTQ-nin Baş giziri Şərafəddin Xankişiyev, "Xüsusi Təyinatlı Qüvvələrin qaziləri, şəhid ailələri və veteranları" ictimai birliyinin sədri Bəhruz Məmmədzadə, XTQ-nin Baş giziri Zaur Ələkbərov və digər silahdaşları da qoşularaq bildirirlər ki, Vidadi Zalov kimi qəhrəmanların göstərdiyi şücaət Azərbaycan tarixinin ən şanlı səhifələrində yaşayacaqdır. Onlar qeyd edirlər ki, Vətən uğrunda canından keçən hər bir şəhid Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayır və onların müqəddəs xatirəsi daim uca tutulur.
Bu gün qalib Azərbaycanın hər bir vətəndaşı şəhidlərimizin ruhu qarşısında baş əyir. Çünki onların qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edilmiş, dövlətimizin ərazi bütövlüyü təmin olunmuşdur. Vidadi Zalov kimi igid oğulların qanı ilə qazanılan Zəfər xalqımızın ən böyük qürur mənbəyidir.
Qəhrəman gizir Vidadi Nizami oğlu Zalovun şərəfli ömür yolu göstərir ki, Vətən sevgisi insanı ölümsüzlüyə aparan ən müqəddəs hissdir. O, bu sevgini öz həyatı bahasına sübut etdi və şəhidlik zirvəsinə ucalaraq xalqımızın yaddaşında əbədi yer qazandı.
Ruhu şad olsun, qəhrəman şəhidimiz! Allah Vidadi Nizami oğlu Zalova rəhmət eləsin. Onun müqəddəs ruhu qarşısında baş əyir, əziz xatirəsini dərin ehtiramla yad edirik. Azərbaycan xalqı öz qəhrəman oğlunu heç vaxt unutmayacaq. Vidadi Zalovun adı daim yaşayacaq, onun qəhrəmanlığı isə gələcək nəsillərə Vətənə sevgi, dövlətə sədaqət və mübarizlik nümunəsi olacaqdır.
PS: Bu xoş xəbəri şəhidin ailəsinə çatdıran və sevindirən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə xüsusi təşəkkürümüzü bildiririk. Abdin Fərzəliyev həmişə şəhid ailələrini diqqət mərkəzində saxlayır, cənnəti qazananlardansınız.
PS.S. Bu təltif elə bir müqəddəs günə təsadüf etdi ki, Aşura günü, biz səni görmədən sevdik, ya Hüseyn. Ruhların göydən yerə endiyi gün... Sevinclə kədərin bir araya gəldiyi gün... Şəhid ucalıqdır, zamanın fərqi olmaz. Şəhid əqidəsinə boyun əyəndi düşmənə yox.
Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü,
Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin üzvü






















































