MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətçilik tariximizin ən əlamətdar və qürurverici günlərindən biridir. Bu tarix Azərbaycanın qüdrətli Ordusuna, Vətənimizin keşiyində dayanan qəhrəman hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə və veteranlarımıza göstərilən ehtiramın ifadəsidir.
Azərbaycan Ordusunun bugünkü gücü və qüdrəti uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə nizami ordu quruculuğunun əsasını qoyaraq Silahlı Qüvvələrin formalaşmasını və inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu peşəkar, intizamlı və güclü bir hərbi qüvvəyə çevrilmişdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir hərbi texnikalarla təchiz olunması və hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu siyasətin ən böyük nəticəsi isə 2020-ci ildə əldə edilən tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu Qələbə Azərbaycan xalqının gücünü, birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov da hər zaman Azərbaycan Ordusunun inkişafını və qazandığı uğurları yüksək qiymətləndirən şəxslərdəndir. O, Azərbaycan Silahlı Qüvvələri ilə bağlı məsələlərə yalnız media nümayəndəsi kimi deyil, həm də hərbi xidmət keçmiş bir zabit kimi xüsusi həssaslıqla yanaşır.
Fərid Səfərov vaxtilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında (HHQ və HHMQ) tuşlama zabiti kimi xidmət etmiş, Vətənə xidmət borcunu şərəflə yerinə yetirmişdir. Hazırda ehtiyatda olan Baş leytenant kimi o, hərbçi peşəsinin məsuliyyətini və şərəfini dərindən anlayır, Azərbaycan Ordusunun qazandığı uğurları böyük qürur hissi ilə izləyir.
Onun fikrincə, Azərbaycan Ordusunun hər bir uğuru xalqımızın uğurudur. Çünki Ordumuz dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin əsas təminatçısıdır. Azərbaycan əsgəri öz peşəkarlığı, döyüş hazırlığı və vətənpərvərliyi ilə dünyanın ən güclü orduları sırasında layiqli yer tutduğunu sübut etmişdir.
Bu gün Azərbaycan xalqı qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir. Şəhidlərimiz Vətən uğrunda canlarını fəda edərək tarix yazmış, xalqımıza Zəfər sevincini bəxş etmişlər. Eyni zamanda qazilərimiz və müharibə veteranlarımız da xalqımızın qürur mənbəyidir. Dövlətimizin onlara göstərdiyi diqqət və qayğı Azərbaycanın sosial siyasətinin mühüm istiqamətlərindən biridir.
Azərbaycan Ordusunun gücü yalnız müasir silahlarla deyil, ilk növbədə onun şəxsi heyətinin vətənpərvərliyi, mənəvi hazırlığı və dövlətə sədaqəti ilə ölçülür. Bu gün hər bir Azərbaycan əsgəri Vətənin keşiyində ayıq-sayıq dayanaraq xalqımıza xidmət edir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri də Ordumuzun şanlı Zəfərinin nəticəsidir. Bu torpaqlarda həyat yenidən canlanır, şəhər və kəndlər yenidən qurulur. Bütün bunlar Azərbaycan əsgərinin qəhrəmanlığının və xalqımızın birliyinin bəhrəsidir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçuları, zabit və gizirləri, əsgərləri, veteranları, qaziləri və şəhid ailələrini ürəkdən təbrik edirəm. Qəhrəman Ordumuzun şəxsi heyətinə möhkəm cansağlığı, ailə səadəti, şərəfli xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıram. Azərbaycan Ordusu daim qüdrətli olsun, üçrəngli Bayrağımız hər zaman yüksəklərdə dalğalansın.
Silahlı Qüvvələr Gününüz mübarək olsun!






















































