Menu
Xəbər Lenti
22 Ara 10:51Manşet / Gündəm / Sosial

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV YOLUNUN LAYİQLİ DAVAMÇISI

 

“Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb”.Politologiya elminə görə, liderin əsas vəzifəsi cəmiyyətdə fəallığa nail olmaq, onu konkret məqsəd uğrunda səfərbər etməkdir: “Siyasətçi üçün məsuliyyət, uzaqgörənlik və özünü məsələnin mahiyyəti ətrafında səfərbər etmək bacarığı həlledici şərtlərdir. Prezident İlham Əliyev müəllifi Ulu Öndər olan və cəmiyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi, Azərbaycan xalqının, dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi təmin etdi. “Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir”, - deyən cənab İlham Əliyev Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasını, gənc nəslin vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunda böyüməsini ən vacib məsələlərdən biri hesab edir”.Məhz İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşmış gənc nəsil Vətən müharibəsinin bütün ağırlığını öz üzərinə götürdü və böyük bir missiyanı şərəflə yerinə yetirdi:“Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar nəticəsində formalaşmış mükəmməl dövlət idarəçiliyi sistemi beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlər təşkil olunarkən, COVID-19 pandemiyası zamanı, Vətən müharibəsi dövründə, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan nəhəng bərpa və yenidənqurma işlərində öz yüksək effektivliyini aydın nümayiş etdirdi. Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğun çevik icra mexanizmlərinin tətbiqi, bacarıqlı və savadlı gənc kadrların idarəçilik prosesinə cəlb edilməsi və həyata keçirilən digər tədbirlər qəbul olunan qərarların, dövlət başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün etibarlı zəmin yaratmışdır”.Milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi lider İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğruldub, eləcə də bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanıb.Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyət, Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaq!
Bizə qələbənin, zəfərin sevincini yaşatdığınız, xalqımıza birlik bəxş etdiyiniz üçün cənab Prezident Sizə dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Sizi ad günü  münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sözsüz ki, xalq özünün Sizin kimi qəhrəman, xilaskar, sərkərdə oğlu ilə fəxr edir, qürur hissi keçirir. Bu gün biz qürurla, başı dik, alnı açıq gəzirik. Bu xoşbəxtliyi isə bizə cənab Prezident, Siz bəxş etdiniz. Müdrikliyiniz, uzaqgörənliyiniz, qətiyyətiniz sayəsində Azərbaycan xalqı qalib xalq kimi dünya birliyində Günəş kimi doğdu.
 Eşq olsun, Azərbaycan Respublikasının Prezidenti-Ali Baş Komandan cənab İlham Əliyevə!


Rasim Nəbiyev

Bakıxanov Çörək Zavodunun rəhbəri