Xəbər Lenti
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
20-07-2026, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
20-07-2026, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
20-07-2026, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
31 dekabr - Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Ümummilli Lider Heydər Əliyev: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.
Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.
Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.























































