Menu
Xəbər Lenti
13 Nis 09:31Manşet / Cəmiyyət

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

 

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən Oxu.Az-a məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən doqquz ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, dörd qumbara, bir fişəng tapançası, iki tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, bir süngü-bıçaq və digər sursat aşkar olunaraq götürülüb.