Menu
Xəbər Lenti
Qubada zəlzələ oldu
Dünən, 05:16

Qubada zəlzələ oldu

Neftimiz ucuzlaşdı
9-12-2025, 07:14

Neftimiz ucuzlaşdı

Gəmi kapitanı vəfat etdi
9-12-2025, 07:02

Gəmi kapitanı vəfat etdi

11 Dekabr 2025 20:28Manşet / Gündəm / Siyasət

Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER

 

12 dekabr Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bir gündür. Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür – milli dövlətçilik ənənələrimizin yenidən qurulmasının, müasir Azərbaycanın təməl daşlarının yaradılmasının müəllifi olan dahi şəxsiyyətin xatırəsinin ehtiramla anıldığı gün. Heydər Əliyevin adı müasir Azərbaycanın taleyi, inkişafı və dövlətçilik ideyası ilə bir sırada çəkilir. Onun həyat yolu, siyasi irsi və ölkəmizə bəxş etdiyi möhkəm təməllər yalnız bir dövrün yox, bütün gələcək nəsillərin yol xəritəsidir.


XX əsrin ən böyük azərbaycanlısı kimi dəyərləndirilən Heydər Əliyev doğma xalqına bağlılığı, ölkəsinin inkişafı uğrunda göstərdiyi əzmkarlığı və dövlətçilik təfəkkürü ilə milli yaddaşımızda silinməz izlər qoyub. O, Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində xalqın nicatı, dövlətçiliyin xilası üçün bütün məsuliyyəti öz üzərinə götürərək tariximizdə dönüş nöqtəsi yaratdı. Məhz 1969-cu ildə ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadi, sosial və mədəni sahələrdə misilsiz yüksəliş dövrünə qədəm qoydu. Həmin illərdə onlarla sənaye müəssisəsinin açılması, urbanizasiya prosesinin sürətlənməsi, təhsilin inkişafı və mədəni həyatın canlanması Azərbaycanın gələcək yüksəlişinin möhkəm bünövrəsini formalaşdırdı.


Heydər Əliyevin SSRİ rəhbərliyində çalışdığı illərdə də Azərbaycanın maraqlarını hər addımda qoruması, ölkəmizin böyük layihələrdə təmsilçiliyini təmin etməsi, yüzlərlə azərbaycanlının yüksək vəzifələrdə irəli çəkilməsi onun milli maraqlara sadiqliyinin parlaq nümunəsidir. O, harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq, Vətəninə olan sevgisini, xalqına olan bağlılığını heç vaxt dəyişmədi və bu amal bütün həyat yolunun əsas qayəsi oldu.


1990-cı illərin əvvəlləri Azərbaycan üçün ən ağır, ən taleyüklü dövr idi. AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyətinin ölkəni uçuruma apardığı, xaosun, anarxiyanın və separatizmin dövlətçiliyi təhlükə altına qoyduğu bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış isə Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Ulu Öndərin qətiyyəti, iradəsi, siyasi uzaqgörənliyi və müdrikliyi ölkəni vətəndaş qarşıdurmasından, iqtisadi fəlakətdən, dövlətçiliyin tam süqutundan xilas etdi. O, qısa müddətdə sabitliyi bərpa etdi, idarəetmədə sistemlilik yaratdı, dövlət institutlarını möhkəmləndirdi və Azərbaycanın gələcək inkişafı üçün strateji istiqamətlər müəyyən etdi.


Müstəqil Azərbaycan dövlətinin idarəetmə modeli, milli ideologiyası, iqtisadi inkişaf strategiyası, ordu quruculuğu prosesi və konstitusiya əsasında hüquqi dövlətin formalaşdırılması Heydər Əliyevin adı ilə bağlı tarixi nailiyyətlərdir. 1995-ci ildə qəbul edilən Konstitusiya bu gün də dövlətimizin siyasi-hüquqi sisteminin əsasını təşkil edir. Ulu Öndər iqtisadiyyatda bazar mexanizmlərinə keçid, xarici investisiyaların cəlbi, xüsusilə “Əsrin müqaviləsi” kimi strateji layihələrlə Azərbaycanın dünya enerji xəritəsinə qayıdışını təmin etdi və ölkəmizi regionun aparıcı dövləti səviyyəsinə yüksəltdi.


Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin ən mühüm xəttini ordu quruculuğu təşkil edirdi. Onun rəhbərliyi ilə formalaşdırılan müasir Azərbaycan Ordusu sonradan Vətən müharibəsində tarixi Zəfərin memarı olan qüdrətli hərbi qüvvəyə çevrildi. Bu gün Azərbaycanın sərhədləri təminat altındadırsa, Qarabağ azad edilibsə, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərqərar olunubsa, bunun təməlində məhz Ulu Öndərin qurduğu güclü dövlətçilik dayaqları dayanır.


Heydər Əliyev yalnız siyasi lider deyildi – o, həm də dərin insanlıq keyfiyyətləri, yüksək mənəvi dəyərləri ilə xalqın qəlbində taht qurmuş şəxsiyyət idi. Xalqın rifahını, gənclərin təhsilini, mədəni irsin qorunmasını daim ön planda saxlayırdı. Onun söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri hər bir vətəndaş üçün milli qürur rəmzinə çevrilib.


Bu gün Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilir. Prezidentin rəhbərliyi ilə Azərbaycan daha güclü, daha nüfuzlu, daha müasir dövlətə çevrilib. Qarabağın azad olunması, ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzu, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi Heydər Əliyev ideyalarının zəfəridir. Bu ardıcıllıq Azərbaycan xalqının gələcəyə inamını daha da möhkəmləndirir.


12 dekabr təkcə anım günü deyil – bu gün Ulu Öndərin böyük irsinin, onun xalqına bəxş etdiyi müstəqil dövlətin qiymətləndirildiyi gündür. Hər il bu tarixdə keçirilən tədbirlər, dövlət səviyyəsində göstərilən ehtiram və xalqın qəlbindəki dərin sevgi Heydər Əliyevin əziz xatirəsinin daim yaşayacağını göstərir.


Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədiyaşar lider kimi qalacaq. Onun ideyaları, onun yaratdığı müstəqil Azərbaycan dövləti bizim gələcəyimizin ən möhkəm təminatıdır. Bugünkü güclü, qüdrətli, qalib Azərbaycan Heydər Əliyev irsinin bəhrəsidir.


Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə bəxş etdiyi ən böyük töhfələrdən biri də yol infrastrukturu sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar və strateji layihələrdir. O, yolların, körpülərin, tunellərin, ümumilikdə nəqliyyat şəbəkəsinin inkişafını ölkənin sosial-iqtisadi tərəqqisinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Çünki Heydər Əliyevin siyasi düşüncəsinə görə, güclü iqtisadiyyat və dinamik inkişaf sağlam, müasir və təhlükəsiz nəqliyyat infrastrukturundan keçir.


Ulu Öndərin rəhbərliyi altında hələ sovet dövründən başlayaraq respublikada geniş yol tikintisi proqramları həyata keçirilmiş, yeni avtomobil yolları çəkilmiş, regionlar arasında əlaqə gücləndirilmişdir. 1990-cı illərin ağır şəraitinə baxmayaraq, onun hakimiyyətə qayıdışından sonra ölkədə yol tikintisi yenidən prioritet istiqamət elan olundu. Daxili sabitliyin bərqaından sonra Heydər Əliyev regionların inkişafı və inteqrasiyası üçün yolların yenilənməsini strateji hədəf kimi qarşıya qoydu. Bu, həmin dövrdə Ermənistanın işğalı nəticəsində yaranmış çətinliklər fonunda son dərəcə əhəmiyyətli idi.


Ulu Öndərin təşəbbüsü ilə Bakı şəhərində də nəqliyyat sistemi yenilənməyə başladı. Paytaxtda əsas magistrallar genişləndirildi, yeni körpülərin, yolötürücülərin və dairələrin tikintisinə start verildi. Bu addımlar həm paytaxtın inkişafına, həm də şəhərdaxili nəqliyyatın yüngülləşməsinə böyük töhfə oldu.


Heydər Əliyev həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasına xüsusi önəm verirdi. Onun siyasi iradəsi nəticəsində Azərbaycan Trans-Avrasiya nəqliyyat şəbəkəsinin mühüm hissəsinə çevrilməyə başladı. Bu layihələr ölkəmizin geosiyasi və iqtisadi mövqeyini gücləndirdi, Azərbaycanın regionda nəqliyyat qovşağına çevrilməsinə şərait yaratdı.


Bu gün ölkəmizdə mövcud olan müasir yol infrastrukturu Ulu Öndərin uzaqgörən siyasətinin bəhrəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir və Azərbaycan dünyanın ən sürətlə inkişaf edən nəqliyyat sisteminə malik ölkələrindən birinə çevrilmişdir.


Heydər Əliyevin yol infrastrukturu sahəsindəki xidmətləri xalqımız tərəfindən daim dərin hörmət və minnətdarlıqla xatırlanır.


Onun əziz xatirəsi qarşısında hörmət və ehtiramla baş əyirik.


 

Mehman Qəhrəmanov



AAYDA