18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Azərbaycan mədəniyyətinin banisi…
12 dekabr – Azərbaycan xalqı üçün həm dərin hüzn, həm də böyük ehtiram günüdür. Bu tarix, Ulu Öndər Heydər Əliyevin vəfat etdiyi gündür və hər il Azərbaycan cəmiyyəti tərəfindən böyük hörmət və sevgi ilə anılır. Heydər Əliyev yalnız siyasi xadim kimi deyil, həm də milli idealların qoruyucusu, xalqın rifahına və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmiş böyük lider kimi yaddaşlarda qalır.
XX əsrin sonlarında Azərbaycan ağır siyasi, iqtisadi və sosial böhran içərisində idi. Müstəqil dövlətçiliyimiz dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir həssas dövrdə xalqın tək ümidi Heydər Əliyev idi. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçilyi möhkəmləndi, ölkədə sabitlik yarandı və inkişafın əsası qoyuldu. Ulu Öndərin müdrik siyasəti, uzaqgörənliyi və xalqına olan sonsuz sevgisi müasir Azərbaycanın təməl daşına çevrildi.
Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar, xarici siyasətdə yaratdığı balanslı və dövlət maraqlarına söykənən strategiya Azərbaycanı qısa müddətdə regionda söz sahibi edən ölkəyə çevirdi. “Əsrin müqaviləsi” kimi mühüm tarixi addımlar dövlətimizin iqtisadi müstəqilliyini təmin etdi, beynəlxalq nüfuzunu artırdı. O, həmçinin mədəniyyətimizin, dilimizin, incəsənətimizin qorunmasına xüsusi diqqət göstərir, milli kimliyimizin möhkəmlənməsinə xidmət edən bütün sahələrə böyük qayğı ilə yanaşırdı.
Mədəniyyət və xüsusilə teatr sənətinin inkişafı Ulu Öndərin siyasətində xüsusi yer tuturdu. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı da daxil olmaqla ölkəmizin aparıcı mədəniyyət ocaqları onun qayğısı və diqqəti sayəsində yenidən dirçəliş dövrü yaşadı. Teatrların modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, sənətkarların sosial rifahının yaxşılaşdırılması Heydər Əliyevin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri idi. Onun yaradıcı insanlara verdiyi dəyər bu gün də mədəniyyət ictimaiyyəti arasında böyük minnətdarlıq hissi ilə xatırlanır.
Ulu Öndər Heydər Əliyevin təhsil, elm və gənclərin inkişafı sahəsində gördüyü işlər isə gələcək nəsillərin yüksək bilik və vətənpərvərlik ruhunda yetişməsinə xidmət etdi. Onun təşəbbüsü ilə yaradılan universitetlər, elmi institutlar və mədəniyyət mərkəzləri bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır.
Bu gün Ulu Öndərin qoyduğu siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Mədəniyyətə, incəsənətə, teatr sənətinə göstərilən xüsusi diqqət və qayğı bunun ən parlaq nümunəsidir. Prezident İlham Əliyev teatrların yenilənməsi, mədəniyyət müəssisələrinin bərpası, yaradıcı insanların sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl və əhatəli siyasət həyata keçirir. Bu siyasət Ulu Öndər Heydər Əliyevin mədəniyyətə dair ideyalarının layiqli davamı kimi dəyərləndirilir.
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü təkcə kədər günü deyil, həm də onun zəngin siyasi irsini, milli-mənəvi dəyərlərini yaşatdığımız və gələcək nəsillərə ötürdüyümüz gündür. Onun dövlətçilik düşüncəsi, xalqına sevgisi və milli maraqlara sadiqliyi hər bir azərbaycanlı üçün örnəkdir. Ulu Öndər Heydər Əliyevin ideyaları bugün də yaşayır, dövlətimizin inkişafına, mədəniyyətimizin və teatr sənətimizin daha da zirvələrə yüksəlməsinə xidmət edir.
Onun əziz xatirəsi hər zaman böyük hörmət və ehtiramla anılacaq.
Ədalət Hacıyev
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru,
Əməkdar mədəniyyət işçisi





















































