Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Artıq bu şəhərdə ödənişlər “Bitcoin”lə edilir
İsveçrənin Luqano şəhəri kriptovalyutanı gündəlik həyata inteqrasiya edib. Şəhərdəki əksər mağaza və restoranlar “Bitcoin” qəbul etməyə başlasa da, şəhər rəhbərliyi kriptovalyutanın istifadəsini populyarlaşdırmaq üçün müəssisələrə pulsuz ödəniş terminalları da paylayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hətta hamburger şəbəkələrində belə, müştərilər mobil telefonlarındakı rəqəmsal cüzdanları ilə təmassız ödəniş edə bilərlər. Bir fincan qəhvə üçün ödənilən məbləğ 0.00008629 “Bitcoin”, yəni təxminən 8.80 dollardır. Şəhər sakinləri hələ də İsveçrə frankı ilə ödəniş edə bilərlər, lakin təxminən 350 müəssisə də seçim olaraq “Bitcoin” təklif edir. Bələdiyyə məktəbəqədər təhsil xidmətləri də daxil olmaqla, bəzi bələdiyyə ödənişləri üçün kriptovalyutanı qəbul etməyə başlayıb.
Hətta şəhər mərkəzindəki lüks mağazalar da “Bitcoin” ödənişlərini qəbul edə bilər. “Vintage Nassa” şirkətinin sahibi Çerubino Fray qeyd edir ki, kredit kartı komissiyalarının 1,7%-ə və ya hətta 3,4%-ə çata bildiyi halda, “Bitcoin” əməliyyat haqları 1%-dən aşağıdır.
Lakin ictimai nəqliyyat, yanacaq və enerji xərclərini hələlik Bitcoin ilə ödəmək mümkün deyil.
Luqano meri Mişel Foletti cinayətkar təşkilatların hələ də narkotik ticarəti kimi əməliyyatlar üçün fiziki nağd pula üstünlük verdiyini və bitkoinin nağd puldan daha məhdud anonimlik təklif etdiyini vurğulayır. Bələdiyyə “Bitcoin”in şəhər iqtisadiyyatını canlandırdığını iddia edir. Folettinin sözlərinə görə, 110 kriptovalyuta şirkəti Luqanoya köçüb və ya burada fəaliyyətə başlayıb.























































