Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Bayramlarla bağlı pensiya, sosial yardım, təqaüd alanlara şad xəbər!
Bayram bazarlığı və bayram alış-verişi etmək, bayram hədiyyələri almaq istəyən yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur.
Yeri gəlmişkən, dünən respublikanın bölgələrində yaşayan pensiyaçıların, habelə güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərin pensiyaları ödənildi, sosial yardım, müavinət və təqaüdlərin ödənişi isə davam edir. Bu sosial ödənişləri bankomatdan çıxarmadan, digər hansısa karta köçürmədən endirim təklif edən mağaza, market və apteklərə gedib alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız qaydada ödəniş etsəniz, təklif olunan endirim fürsətlərindən faydalana bilərsiniz. Əgər pulu nağdlaşdırsanız və ya pensiya kartından başqa karta köçürüb istifadə etməyə çalışsanız, endirimlərdən yararlana bilməyəcəksiniz. Çünki endirim yalnız nağdsız qaydada sosial ödəniş kartı ilə edildikdə tətbiq olunur. Endirim təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.
Bayrama çox az vaxt qalıb. Yəqin ki, hələ bayram bazarlığı etməyənləriniz çoxdur. Heç narahat olmayın. Yolunuzu elə “Bazarstore” və “Al market”dən salıb bayram alış-verişi edə bilərsiniz. Çünki bu marketlər sosial ödəniş alan hər kəsə endirim təklif edir. Ölkəmizin bütün şəhər və rayonlarında fəaliyyət göstərən bu marketlər şəbəkələrindən bazarlıq edib ödənişi sosial ödəniş kartı ilə nağdsız qaydada etsəniz, avtomatik olaraq sizə endirim tətbiq olunacaq.

Yəqin ki, yaxınlarınıza, sevdiklərinizə bayram hədiyyəsi almaq istəyirsiniz. Elə isə həm Bakıda, həm də regionlarda məişət avadanlıqları və elektrotexnika məhsullarının satışını reallaşdıran “Baku Electronics”ə üz tuta bilərsiniz. Çünki mağaza sosial ödəniş alan şəxslərə bütün məhsullarını endirimli qiymətlərlə təklif edir. Buradan alış-veriş edib məbləği sosial ödəniş kartı ilə ödədikdə avtomatik endirim tətbiq edilir. Bu fürsəti əldən verməyin.
.jpg)
Bakıda müxtəlif yerlərdə satış nöqtələri olan “Skechers” mağazası sosial ödəniş alanlara bütün məhsullarında 10 faiz endirim təklif edir. Kişi, qadın və uşaqlar üçün idman ayaqqabılarının satışı ilə məşğul olan bu mağazadan istənilən məhsulun alızı zamanı sizə 10 faiz endirim olunacaq. Endirimdən faydalanmaq üçün alış-veriş zamanı ödənişi mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım və təqaüd aldığınız kartla nağdsız qaydada edin.

Bakıda və Sumqayıtda fəaliyyət göstərən “Miniso” mağazalarında da sosial ödəniş alanlara endirimlər var. Yolunu bu məkandan salıb alış-veriş edən hər bir sosial ödəniş alan şəxs üçün mağaza endirim təklif edir.

Səhhətinizdə hər hansı bir narahatlıq varsa, “Oksigen” Klinik Xəstəxanasına, “Stimul Hospital”a və “Med Servis” Özəl Tibb Mərkəzinə üz tutun. Çünki müxtəlif tibbi xidmətlər göstərən bu müəssisələrdə sosial ödəniş alan şəxslərin müayinə və müalicəsi endirimli qiymətlərlə həyata keçirilir.

Unutmayaq ki, endirimlərdən faydalanmaq üçün alış-veriş və xidmətlərdən istifadə zamanı ödəniş mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım və təqaüd alınan kartla nağdsız qaydada edilməlidir.
Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 1 milyondan çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.
Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.























































