Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
GÜNEL XANIMA AD GÜNÜ MÜNASİBƏTİLƏ SƏMİMİ TƏBRİK
"Zeferyolu.az" informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızı Hərbi Hospitalın fədakar və peşəkar əməkdaşı Günel xanımı ad günü münasibətilə ən səmimi ürək sözləri ilə təbrik edir. İnsanlara xidmət etməyi həyat amalı kimi qəbul edən, hər zaman şəxsi məsuliyyəti və humanist münasibəti ilə seçilən Günel xanım bu gün kollektivin, yaxınlarının və onu tanıyan hər kəsin xüsusi diqqət və sevgi ilə yad etdiyi dəyərli bir şəxsdir.
Hərbi Hospital kimi məsuliyyətli və çətin bir mühitdə peşəkarlığını, yüksək etik prinsiplərini və insanlara qayğını daim ön planda tutan Günel xanım tibb sahəsində xidmət edən ən dəyərli kadrlarımızdan biridir. O, hər zaman pasiyentlərin sağlamlığını, həmkarlarının işini və ümumi xidmətin keyfiyyətini düşünərək çalışır. İşinə olan sevgi, insanlara olan həssas münasibət və səmimi davranış onun həm kollektivdə, həm də cəmiyyətdə böyük rəğbət qazanmasına səbəb olub.
Jalə Ağakişiqızı Günel xanıma həyat yolunda daim uğurlar, möhkəm can sağlığı, sevinc dolu günlər və yeni nailiyyətlər arzulayır. Arzu edirik ki, Günel xanımın həyatında hər yeni yaş daha böyük sevinclərə, yüksək zirvələrə və unudulmaz anlara qapı açsın.
Bu əlamətdar gün münasibətilə bir daha səmimi təbriklərimizi çatdırır, həm şəxsi həyatında, həm də şərəfli peşə fəaliyyətində bol-bol uğurlar diləyirik.
Ad gününüz mübarək, dəyərli Günel xanım!






















































