Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Dərin ehtiram və sonsuz təşəkkürlə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin ictimai-siyasi, mədəni və humanitar həyatında misilsiz xidmətləri olan hörmətli Mehriban xanım Əliyevaya dərin hörmət və səmimi təşəkkürümü bildirirəm.
Mehriban xanım Əliyeva Azərbaycan tarixində yalnız yüksək dövlət vəzifəsi daşıyan nüfuzlu şəxsiyyət kimi deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin qoruyucusu, humanizm ideyalarının daşıyıcısı, xalqına qəlbən bağlı olan böyük bir ziyalı və xeyirxah insan kimi özünəməxsus, əvəzolunmaz yer tutur. Onun çoxşaxəli fəaliyyəti ölkəmizin inkişafına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə və cəmiyyətimizin rifahının yüksəlməsinə mühüm töhfələr vermişdir.
Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən saysız-hesabsız layihələr Azərbaycan xalqının sosial problemlərinin həllinə, təhsilin, səhiyyənin, mədəniyyətin və elmin inkişafına xidmət edir. Xüsusilə uşaq evləri, internat məktəbləri, sağlamlıq imkanları məhdud şəxslər, aztəminatlı ailələr üçün görülən işlər onun yüksək insani keyfiyyətlərinin, dərin mərhəmətinin və xalqa olan sonsuz sevgisinin bariz nümunəsidir.
Azərbaycan mədəniyyətinin və milli irsinin qorunması və dünyada təbliği istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmalıdır. Muğam sənətimizin, milli musiqimizin, tarixi-memarlıq abidələrimizin beynəlxalq səviyyədə tanıdılması onun yorulmaz fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət nəticəsində Azərbaycan mədəniyyəti dünya xalqları arasında daha geniş tanınmış, ölkəmizin zəngin irsi beynəlxalq platformalarda layiqincə təqdim olunmuşdur.
Mehriban xanım Əliyevanın dövlətçilik düşüncəsi, hüquqi islahatlara, insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək də xüsusi əhəmiyyət kəsb edir. Onun təşəbbüsləri hüquqi dövlət quruculuğunun möhkəmlənməsinə, cəmiyyətimizdə ədalət, bərabərlik və sosial məsuliyyət prinsiplərinin güclənməsinə mühüm töhfə verir.
Bir hüquq eksperti və hüquq üzrə fəlsəfə doktoru olaraq xüsusi qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyevanın fəaliyyəti hüququn yalnız normativ qaydalar toplusu deyil, eyni zamanda insanlara xidmət edən ali dəyər olduğunu bir daha nümayiş etdirir. Onun həyata keçirdiyi layihələrdə insan hüquqları, sosial ədalət və humanizm prinsipləri əsas xətt kimi özünü göstərir.
Mehriban xanım Əliyeva öz yüksək mədəniyyəti, zərifliyi, intellekti və güclü liderlik keyfiyyətləri ilə Azərbaycan qadınının dünyadakı parlaq simvoluna çevrilmişdir. O, öz fəaliyyəti ilə gənc nəsil üçün örnək olmaqla yanaşı, cəmiyyətimizdə qadınların ictimai-siyasi həyatda fəal iştirakına böyük stimul verir.
Bu gün Azərbaycan xalqı Mehriban xanım Əliyevanı yalnız bir dövlət xadimi kimi deyil, həm də xalqın dərdini öz dərdi bilən, sevincini öz sevinci sayan, hər zaman insanlara dayaq olan böyük ürək sahibi kimi tanıyır və sevir.
Bütün bu əvəzsiz xidmətlərinə görə hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı, tükənməz enerji və ölkəmiz naminə həyata keçirdiyi ali missiyasında yeni-yeni uğurlar arzulayıram.
Hörmət və ehtiramla,
İsmail Zalov
ARHD.az saytının rəhbəri
Hüquq eksperti
Hüquq üzrə fəlsəfə doktoru























































