Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
11 dekabr – elə bir tarixdir ki, yaddaşımızın ən həssas qatlarına toxunur. Bu gün, 2024-cü ildə Aktau yaxınlığında baş verən faciəvi aviasiya qəzasında şəhidlik zirvəsinə ucalan, Vətənə sədaqəti ilə adını milli qeyrət salnaməsinə yazdıran istedadlı pilot, Milli Qəhrəman Aleksandr Kalyaninovun doğum günüdür.
Onun həyatı təkcə peşəkar bir pilotun bioqrafiyası deyildi - bu, risklə şərəf arasında qurulan incə bir körpü, dövlətə bağlılığın, missiyaya sədaqətin ali nümayişi idi. Uçduğu hər qanad, sanki, Azərbaycanın göylərinə yazılan bir ümid manifesti idi. Və taleyin o ağır günü… hamımızın qəlbinə çökmüş bir sükut, bir hüzün, bir fəxarət gətirdi.
Bu gün onu anmaq - təkcə bir qəhrəmanı xatırlamaq deyil; bu gün, həm də bir insanın, bir oğulun, bir dostun, bir vətəndaşın ömür yolu qarşısında ehtiram duruşudur. Onun adı göylərdə yaşayır, xatirəsi isə millətin yaddaşında silinməz bir iz olaraq qalır.
Ruhu şad olsun. Göylər kimi uca, Vətən sevgisi kimi əbədi…
Habil Sönməz
Tədqiqatçı-jurnalist,
I Qarabağ Müharibəsi Qazisi























































