Xəbər Lenti
30 Ara 16:27Mədəniyyət
“İrs/Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb
İrs/Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın budəfəki buraxılışında da Qarabağ ən mühüm mövzu kimi diqqəti çəkir. Bu nömrə də baş redaktor, tanınmış publisist, rəhbərlik etdiyi “İrs” nəşriyyatında son illərdə Azərbaycan tarixi və mədəniyyəti, o cümlədən Qarabağ haqqında olduqca dərin məzmunlu, ensiklopedik biliklərə söykənən və çox nəfis bir şəkildə dərc edilmiş kitabları ərsəyə gətirmiş Musa Mərcanlının “Yeni dövr, yeni vəzifələr” başlığı altında yazdığı ön sözlə açılır.
M.Mərcanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu və Qarabağın işğalına son qoyan parlaq qələbəsindən sonra bölgədə yeni bir siyasi və iqtisadi durumun yaranmasından bəhs edir. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən sonrakı vəzifə bölgədəki bərpa və quruculuq işləri, ən əsası da məcburi köçkünlərin yurd-yuvalarına qayıdışının təşkilidir. Baş redaktor bu istiqamətdəki işlərin artıq böyük müvəffəqiyyətlə aparıldığını, bunun nəticəsi olaraq tezliklə Qarabağda və ətraf ərazilərdə yeni müsbət reallıqların yaranacağını xüsusilə qeyd edir.
Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin məqaləsi Azərbaycan və Almaniya arasındakı diplomatik əlaqələrin bərpasının 30 illiyinə həsr olunub. Səfir 200 il əvvəl Almaniyanın indiki Baden-Vürtemberq federal torpağından insanların Azərbaycana köçməsindən bəhs edərək, bunun xalqlarımız arasında yaranmış tarixi təmasın başlanğıcı olduğunu vurğulayır. Bir-birinin ardınca Gəncə yaxınlığında səkkiz qəsəbə salan almanlar burada yaşadıqları illərdə dürüst, zəhmətsevər olmaları, səliqə-sahmanları ilə Azərbaycan xalqının rəğbətini qazanıb, ölkədə şərabçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı qabaqcıl müəssisələr qurublar. Almanlar 125 ilə yaxın Azərbaycanda firavan həyat keçirmiş, 1941-ci ildə Almaniya ilə Sovet İttifaqı arasında müharibə başlanandan sonra isə Stalinin əmri ilə Qazaxıstana və Sibirə sürgün ediliblər. 1992-ci ildə Azərbaycan Respublikası Qərbi Avropada ilk səfirliyini məhz Almaniyada açıb. 1996-cı ildə mərhum Prezident, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev Almaniyaya rəsmi səfər etmişdir. Prezident İlham Əliyev də dəfələrlə bu ölkənin qonağı olub. 2019-cu ildə keçmiş alman kansleri Angela Merkelin Azərbaycana səfəri də mühüm əhəmiyyətə malik idi. Hazırda Azərbaycan və Almaniya arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, idman və tibb sahələrində geniş əlaqələr qurulub və müvəffəqiyyətlə inkişaf etməkdədir.
Potsdamdan olan publisist Matthias Volk bu nömrədə dərc edilmiş məqaləsində bir qədər əvvəl Berlində soydaşımız Sevda Badaliurinin rəhbərliyi altında fəaliyyət göstərməyə başlamış “Xarıbülbül” Azərbaycan mədəniyyət evi haqqındakı təəssüratlarını bölüşür. Müəllif burada mədəniyyət evinin təşkil etdiyi rəqs və musiqi axşamlarından, Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 30 il erməni işğalı altında qalmış torpaqlarımızın azad edilməsi haqqında Azərbaycan səfirliyinin iştirakı ilə keçirdiyi ictimaiyyəti məlumatlandırmağa yönəlmiş tədbirlərdən söhbət açır.
Bu nömrədə ən diqqətçəkən yazılardan biri də moskvalı jurnalist Andrey Vasilyevin azad edilmiş Şuşadan həmyerlisi, fotoqraf Sergey Kivrin ilə birgə hazırladığı “Şuşa dəftərçəsindən qeydlər” adlı reportajdır. Şuşanın 270 illiyinə həsr edirmiş bu yazıda müəllif o vaxt Pənahəli xan tərəfindən şəhərin əsasının necə qoyulmasından, Qarabağ xanlığının siyasətindən bəhs edir, həmçinin Albaniya tarixindən söhbət açır. Miladdan sonra 314-c ildə alban hökmdarı Unayrın xristianlığı qəbul etməsi ilə Albaniyanın dünyanın ilk xristian dövlətinə çevrilməsini və bu səbəbdən də Qarabağda və onun ətrafında kilsə və monastrların inşa edilməsini isə xüsusi olaraq vurğulayır. Bununla da XIX əsrin birinci yarısında Rusiya tərəfindən Qarabağa köçürülən ermənilərin qədim alban məbədlərini öz adlarına çıxmaq məqsədi ilə dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş cəhdləri ifşa olunur. Vasilyev bu gün Şuşada gedən bərpa və quruculuq işlərindən yazaraq, belə bir qeyd də edir: “Mən hər bir azərbaycanlıdan ancaq bunu eşidirdim: əgər ermənilər istəyirlərsə, yenə də burada yaşaya, işləyə bilərlər. Amma onlar gərək daha heç vaxt bunu unutmasınlar: Qarabağ Azərbaycandır!”
Tarix elmləri doktoru, professor Rizvan Hüseynovun məqaləsi də olduqca mühüm bir mövzuya - İrəvan şəhərinin tarixinə həsr olunub. Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın əmri ilə 1511-ci ildə burada qala inşa etdirən görkəmli sərkərdə Rəvan Qulu xanın adı verilən (Rəvan qalasının adı Azərbaycan dilinin Qərb dialektinə uyğun olaraq sonradan İrəvan formasını almışdır) bu məskən getdikcə böyüyərək strateji əhəmiyyətli mühüm bir Azərbaycan şəhərinə, bir qədər sonra isə qüdrətli xanlığa çevrilmişdir. 1827-ci ildə Rusiyanın qoşun yeridərək İrəvan xanlığını zəbt etməsindən sonra buraya köçürülən ermənilər rus çarlarının havadarlığı altında tədricən şəhərin Azərbaycan tarixini əks etdirən məscidlərini, bazar və meydanlarını, sonradan sərdarın (xanın) sarayını, bütöv müsəlman məhəllələrini və nəhayət, İrəvan qalasının özünü yerlə-yeksan etmiş, burada yeni bina və meydanlar inşa etdirmişlər. Müəllif məqaləsinin sonunda dünya ictimaiyyətinin ermənilərin Azərbaycan tarixinə və mədəniyyətinə qarşı törətdikləri bu qəddar barbarlığa, vəhşiliyə göz yummasına təssüfünü bildirir və buna son qoyulacağına olan ümidini ifadə edir.
“İrs/Erbe” jurnalının bu nömrəsində yer almış Sənubər Dostiyevanın Səfəvilər dövründə ölkəmizə yol tapmış və bu gün Azərbaycan Milli Muzeyində saxlanılan Avropa pul sikkələri haqqındakı məqaləsi, tarixçi Emil Kərimovun azərbaycanlıların etnik-psixoloji portretini əks etdirən yazısı, Gülrəna Qacarın Azərbaycan realist rəssamlıq məktəbinin yaradıcısı Bəhruz Kəngərlinin həyat və yaradıcılığına həsr etdiyi oçerk və nəhayət, Sabina Tumanskayanın Azərbaycanın isti bulaqlarından və müalicə əhəmiyyətli su mənbələrindən danışan reportajı alman oxucuları üçün ölkəmizi daha yaxından tanımaq imkanı yaradır.