Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq.
“Xezertv.info” xəbər verir ki, Qərbi Azərbaycan Amasiya rayonu icmasında Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq məqsədi ilə Təşkilat komissiyasının növbəti işgüzar iclasını keçirilib. İclasda çıxış edən akademik Abel Məhərrəmov qeyd etdi ki, Ağbaba aşıq mühitinin çağdaş nümayəndəsi Aşıq İsgəndər Ağbabalı yeganə el sənətkarıdır ki, barəsində xeyli məqalələr, ədəbi irsindən örnəklər müxtəlif kitablarda çap edilmiş, haqqında bir neçə kitab işıq üzü görmüşdür. O, bildirdi ki, Aşıq İsgəndər Ağbabalının 100 illik Yubiley ilə əlaqədar hal-hazırda şair-publisist Şəmsi Qoca Monoqrafiya, Şahbaz Balakişiyev isə 2 hissədən ibarət kitab hazırlayırlar. Qərbi Azərbaycan İcmasının Sektor müdürü Əbdüləli Həsənov Aşıq İsgəndər Ağbabalının 100 illik Yubileynin yüksək səviyyədə təşkil edilməsi barədə təkliflərini elan etdi. Professor Avtandil Ağbaba görülmüş işlər barəsində müfəssəl məlumat verdi. Şahbaz Balakişiyev “Aşıq İsgəndər Ağbabalı 100” kitabının ilkin variantının çapa hazır olduğunu diqqətə çatdırdı. Professor Aslan Bayramov bəzi düzəlişlərə ehtiyac olduğunu nəzərə çatdırdı. Şair-publisist Şəmsin Qoca hazırladığı Monoqrafiyanın çapa tam hazır olduğunu qeyd etdi. Aşıq İsgəndər Ağbabalının oğlu aşıq Faxfur əlavə bir neçə foto materialların da kitaba əlavə edilməsini təklif etdi. Elmar Hüseynov çıxışında bildirdi ki, Aşıq İsgəndər Ağbabalının vaxtilə Şəmkir şəhərində yaşadığı evin fasadına məlumat lövhəsinin vurulması məqsədi ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə müraciət ünvanlanıb. Akademik Abel Məhərrəmov çapa hazırlanan kitablar üzrə texniki dəstəyi Elmar Kərimova tapşırıdı.
Akademik Abel Məhərrəmov bütün təklif və iradları nəzərə almaqla Aşıq İsgəndər Ağbabalının 100 illik Yubiley ilə əlaqədar hazırlığı qənaətbəxş hesab etdi. O, əlavə göstəriş və tövsiyyələrini verdi. Təşkilat komissiyasının növbəti və yekun iclasının keçirilməsi vaxtını təyin etdi.
Akademik Abel Məhərrəmov Qərbi Azərbaycan İcmasının Sektor müdürü Əbdüləli Həsənovu 60 illik yubileyi münasibəti ilə təbrik etdi və onu “Fəxri Diplom”-la təltif etdi. Qazaxstan Respublikasının “Tacikistan-Əfqanıstan sərhədində döyüşlərin iştirakçıları” Müharibə Veteranları İctimai Birliyinin sədri Murat Muxamedjanovun imzası ilə müharibə veteranı, ehtiyatda olan mayor Əbdüləli Tağı oğlu Həsənov Turan Türk Dövlətləri Müharibə Veteranları Birliyinin “Turan” xatirə medalı ilə təltif olundu. Tədbir iştirakçıları xatirə fotosu çəkdirdilər.



























































