Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Qərbi Azərbaycan Amasiya rayon icmasında növbəti tədbir keçirilib
“Xezertv.info” xəbər verir ki, Qərbi Azərbaycan Amasiya rayon icmasında növbəti tədbir keçirilib. Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, kənd icma sədrləri, ictimai fəallar və gənc koordinatorların iştirak etdiyi iclasda Aşıq İsgəndərin 100 illik yubileyinə hazırlıq məsələləri, Amasiya rayon kənd icmalarının son iki ay ərzində fəaliyyəti və qarşıda duran vəzifələr, eləcə də sosial mediada rayon icmasının fəaliyyətinin günün tələblərinə uyğun təşkili müzakirə edilib.
Akademik Abel Məhərrəmov çıxışında gündəlikdə duran məsələlərin aktuallığını vurğulayaraq onların müasir çağırışlara uyğun olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs edib, bu siyasətin Qərbi Azərbaycanlılar tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
2026-cı ilin Fəaliyyət Planına uyğun olaraq Aşıq İsgəndərin 100 illik yubileyinə hazırlıq məqsədi ilə görülən işlər barədə məlumat verən icma sədri aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.
Müzakirələrdə Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Hümbət Musayev, İcmanın koordinatoru Əhməd Rzayev, sektor rəhbəri Əbdüləli Həsənov, BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi, professor Aftandil Ağbabalı, professor Aslan Bayramov, şair-publisist Şəmsi Qoca, f.e.d. Şahbaz Balakişiyev, Aşıq Faxfur, Tahir İsgəndərov, Elmar Hüseynov yubileylə bağlı keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüblər.
İclasda, həmçinin, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin müvafiq tapşırıqlarına əsasən sosial şəbəkələrdə Amasiya rayon icmasının fəaliyyəti ilə bağlı təbliğat-təşviqat işinin günün tələblərinə uyğun təşkili, o cümlədən Amasiya TV internet kanalının fəaliyyətinin gücləndirilməsi məsələləri ətrafında akademik Abel Məhərrəmov geniş məruzə ilə çıxış edib.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Hümbət Musayev, rayon icmasının fəalları Bəylər Qurbanov, Emil Əliyev, Elmar Kərimov, Vüsal Rəhimli, Səbuhi Şamilov, Sevinc Abbasova, Məsud Qurbanov və Elmar Hüseynov çıxış edərək təklif və rəylərini bildiriblər.





























































