Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Qərbi Azərbaycan Amasiya rayonu Quzukənd icmasında «Xatirə gecəsi» keçirildi.
Xezertv.info xəbər verir ki, Qərbi Azərbaycan Amasiya rayonu Quzukənd ismasının “Xatirə gecəsi” keçirildi. Tədbirin təşkilatçıları Quzukənd icma sədri Fətullah Abdullayev, Aşır Daşdəmirov, Firiddin Nəsibov idi. Tədbir Xətai rayonunda yerləşən “Mübarək” restoranında təşkil olundu. Qərbi Azərbaycan icmasının Amasiya rayonu üzrə koordinatoru Əhməd Rzayev, Amasiya rayon icmasının sədr müavini Elmar Hüseynov, Ellərkənd icmasından Bəylər Qurbanov, Hüsaməddin Cəfərov, Zakir Mustafayev, Amasiya rayon icmasının Koordinatoru Emil Əliyev tədbirdə iştirak etdilər. “Xatirə gecəsi”-ndə 120 nəfər Quzukənd icmasının fəalları, həkimlər, jurnalistlər, şairlər, ziyalılar Ağsaqqal və Ağbirçəklər və onların ailə üzvləri iştirak edirdi. “Xatirə gecəsi’-nin açılışı Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlandı. Amasiya rayonu Quzukənd kəndinin icma sədri Fətillah Abdullayev geniş və ətraflı çıxış etdi. Tədbirə aparıcılıq edən Aşırəli Daşdəmirov Quzukəndin tarixi, ziyalıları, həkimləri, iş adamları haqqında çıxış etdi. O, Quzukənd sakinlərinin hal-hazırda Azərbaycanda, Gürcüstanda, Türkiyədə, Rusiyada, Qazaxstanda məskunlaşaraq yaşadıqlarının bildirdi.
Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə Koordinatoru Əhməd Rzayev çıxış edərək İcmanın fəaliyyəti, sədr Əziz Ələkbərlinin tövsiyyə və göstərişlərini bildirdi. Amasiya rayon icmasının sədr müavini Elmar Hüseynov öz çıxışında Amasiya rayon icmasının sədri Abel Məhərrəmovun salamlarını kəndin sakinlərinə çatdırdı. Güllücə kənd fəalı Bəylər Qurbanov Güllücə kəndinin sakinlərinin salamlarını Quzukəndlilərə çatdırdı. Digər çıxış edənlər riyaziyyat müəllimi Haşımov Alim, fizika-riyaziyyat müəllimi Vahid Tanrıverdi,
onkoloji həkim Əlövsət doktor, onkoloji ümumi cərrah Niyazi Eminov, tarix müəllimi Ramil Tanrıverdi, şair Etibar Qərib,
ehtiyatda olan polkovnik leytenant Əsgərov Surxay Quzukənd haqqında öz şirin xatirələrinin danışdılar. Tədbirdə Ağbaba mahalına aid musiqilər səsləndi, Quzukənd sakinləri halay tutaraq Ağbaba yallısını rəqs etdilər. Tədbirdə xatirə şəkilləri çəkdirdilər.
Fərid Faiqoğlu


























































