Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“İranda lider olmaq istəyən hər kəs ölür”
“İranın potensial növbəti liderləri davam edən ABŞ-İsrail hərbi əməliyyatları zamanı ölməyə davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Onların liderliyi sürətlə gedir. Lider olmaq istəyən hər kəs ölür. Onların raketləri sürətlə məhv edilir. Onların buraxılış qurğuları məhv edilir”, - o qeyd edib.
Tramp İranın 37 illik lideri Ayətullah Əli Xameneinin şənbə günü Tehrana endirilən zərbələr nəticəsində öldürülməsindən də danışıb:
“Mən onu o məni tutmazdan əvvəl tutdum”.
Qeyd edək ki, Xameneinin ölümündən bir neçə gün sonra ölkənin Ekspertlər Şurasının 88 üzvünün olduğu bina yeni lider seçimi zamanı bombalanıb.
Prezident bundan əvvəl İrana hücumların dörd-beş həftəyə qədər davam edəcəyini demişdi.























































