ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
“Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
NATO İrana hücumları dəstəkləmək üçün - O bəndi tətbiq edəcək
“Bəzi Avropa liderləri ABŞ və İsrailin İrandakı əməliyyatına dair tənqidlər səsləndirsələr də, Prezident Donald Trampın İranın nüvə və raket imkanlarını hədəf almasına ittifaq üzvləri arasında geniş dəstək var”.
“Qafqazinfo” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte “Newsmax”a müsahibəsində bildirib.
O qeyd edib ki, NATO əməliyyatda iştirak etmir, amma müttəfiqlər, əsasən, ABŞ Prezidentini dəstəkləyir.
Rütte əlavə edib ki, Avropa müttəfiqləri Tehran hakimiyyəti ilə bağlı ciddi təhlükəsizlik narahatlıqları yaşayır, İranın sui-qəsd planları və digər təhdidləri mövcuddur.
“Niderland da Tehran rejimi tərəfindən daim təhdid altındadır”, – deyə Rütte bildirib. O, Avropada İranın təsirini və onun sui-qəsd cəhdlərini vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron və İspaniyanın Baş naziri Pedro Sançez də daxil olmaqla, bəzi liderlərin tənqidlərinə baxmayaraq, Rütte bildirib ki, NATO ölkələri ABŞ və İsrailin əməliyyatına yardım göstərir.
O qeyd edib ki, regionda gərginlik artdıqca NATO öz ərazisini qorumağa tam hazırdır.
Rütte NATO-nun kollektiv müdafiə prinsipi olan 5-ci maddəyə istinad edib. O bildirib ki, 5-ci maddənin tətbiqi zamanı üzvlərdən birinə edilən hücum bütün alyansa edilmiş hesab olunacaq. Qeyri-müəyyənliyin məqsədyönlü olduğunu və düşmənlərin NATO maraqlarına hücum risklərini diqqətlə nəzərdən keçirməsi üçün nəzərdə tutulduğunu vurğulayıb.
“Yüksək rütbəli hərbçilərimiz NATO-nun hər qarış ərazisini müdafiə etməyə hazırdır”, - Rütte deyib.
O əlavə edib ki, NATO, eyni zamanda, Yaxın Şərqdəki dost və tərəfdaşlarla, o cümlədən, BƏƏ, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı və Küveyt ilə sıx əlaqədədir və onların təhlükəsizliyini təmin etmək üçün bütün dəstəyi göstərəcək.























































