“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
Sadə məşğuliyyət yaşlıların psixoloji sağlamlığını yaxşılaşdırır
Mütəmadi olaraq bağbanlıqla məşğul olmaq yaşlı insanların psixoloji vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və depressiya simptomlarını azalda bilər. Bu nəticəyə qocalar evlərində təsadüfi sınaqlar aparan türkiyəli tədqiqatçılar gəliblər.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Public Health Nursing" jurnalında dərc edilib.
Tədqiqatda 46 nəfər yaşlı insan iştirak edib. İştirakçılar iki qrupa bölünüblər: bir qrup üç ay ərzində həftədə bir dəfə bağbanlıqla məşğul olub, digər qrup isə əlavə aktivlik olmadan normal rejimdə həyatına davam edib. Psixoloji vəziyyət təcrübədən əvvəl və sonra yaşlılar üçün depressiya şkalası və "PERMA" psixoloji rifah şkalasından istifadə edilməklə qiymətləndirilib.
Nəticələr qruplar arasında əhəmiyyətli fərqlər göstərib. Bağbanlıqla məşğul olan iştirakçılarda depressiya göstəriciləri əhəmiyyətli dərəcədə azalıb və psixoloji rifah səviyyəsi artıb. Effekt həm statistik cəhətdən əhəmiyyətli olub, həm də təsir dərəcəsi yüksək qiymətləndirilib.
Müəlliflər bildiriblər ki, bitkilərlə hətta orta dərəcədə müntəzəm məşğul olmaq yaşlı insanların emosional vəziyyətinə müsbət təsir göstərə bilər. Onların fikrincə, uzunmüddətli qayğı müəssisələrində bu cür proqramların tətbiqi psixi sağlamlığın dəstəklənməsi üçün sadə və əlçatan üsuldur.























































