Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Bakı Slavyan Universiteti tələbələri üçün seminar keçirilib
“Xezertv.info” xəbər verir ki, Mediasiya Şurası və Bakı 23 saylı mediasiya təşkilatı tərəfindən Bakı Slavyan Universiteti tələbələri üçün seminar keçirilib.
3 mart 2026-cı il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə Bakı 23 Saylı mediasiya təşkilatı tərəfindən Bakı Slavyan Universiteti tələbələri üçün "Mediasiya üstünlükləri” mövzusunda maarifləndirici seminar təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Bakı 23 saylı mediasiya təşkilatının təsisçisi Esmira Rzayeva mediasiyanın mübahisələrin məhkəmədənkənar həlli üsulu olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mediasiya Şurası və mediasiya təşkilatları ailə, əmək, inzibati, kommersiya və mülki münasibətlərdən irəli gələn mübahisələrin həllində mühüm rol oynayır.
Daha sonra Mediasiya Şurasının üzvləri, Bakı 23 saylı mediasiya təşkilatının mediatorları Cəlal Hüseynov və Toğrul İsgəndərov çıxış edərək, mediasiyanın yalnız hüquqi prosedur deyil, həm də sivil razılaşma və dialoq mədəniyyəti olduğunu diqqətə çatdırıblar. Qonaqlar mediasiya prosesinin üstünlükləri, tərəflər arasında qarşılıqlı anlaşmanın formalaşdırılması və mübahisələrin məhkəməyə müraciət etmədən həlli imkanları barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.

























































