Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Bakı 23 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi keçirilib
Xezertv.info xəbər verir ki, 21 yanvar 2026-cı il tarixində keçirilən Bakı 23 saylı mediasiya təşkilatının ictimai təqdimatında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Milli Majlis'in deputatı Məlahət İbrahimqızı, 62 saylı məktəb-liseyin direktoru Cabbarlı Mətanət, Bakı 23 saylı mediasiya təşkilatının direktoru Həsən Sadıqov, təsisçi Esmira Rzayeva, Arbitrium vəkil burosunun direktoru Polad Mehdi, Bakı 9 Saylı Mediasiya Təşkilatının direktoru Leyla Nəsibova, Bakı 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbəyov, Bakı 24 saylı mediasiya təşkilatının direktoru Ülkər Zülfüqarova, Bakı 25 saylı Mediasiya Təşkilatının direktoru Aqil Əsgərov, Quba 1 saylı MT-nın direktoru Hümmət Əliyev, vəkillər Kamran Məmmədov, Kamilə Raxtari, İlqar Abbasov, Əkbər Yusifoğlu, mediatorlar Elçin Quliyev, Fərhad Mehdiyev və jurnalist Nüranə Gülər iştirak edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxışı zamanı mediasiyanın inkişaf yolundan, mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin edilməsindəki rolundan söz açıb və iştirakçıların diqqətinə 2025-ci ilin yekun nəticələrini nəzərə çatdırıb.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vətəndaşlarla kommunikasiyanın icrası sahəsində deputatlar və Mediasiya Şurası arasında işlərin qurulmasını yüksək qiymətləndirdiyini qeyd edib. Eyni zamanda yeni fəaliyyətə başlayan Bakı 23 saylı mediasiya təşkilatının işinə uğurlar arzu edib.
Sonda Bakı 23 saylı mediasiya təşkilatının təsisçisi Esmira Rzayeva qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib.










































































