Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun bəyanatı
Son günlər regionda baş verən hadisələr bir daha göstərdi ki, bəzi dövlətlər beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və regional sabitliyə açıq şəkildə hörmətsizlik nümayiş etdirməkdən çəkinmirlər. Naxçıvan Muxtar Respublikasının istiqamətində terror mahiyyəti daşıyan raket hücumunun həyata keçirilməsi yalnız hərbi təxribat deyil, həm də bütün Azərbaycan xalqına qarşı açıq düşmənçilik aktıdır. Bu hadisə bir daha sübut edir ki, terroru dövlət siyasətinə çevirən qüvvələr regionu gərginliyə sürükləmək niyyətindədir.
Azərbaycan xalqı tarix boyu çox sınaqlardan keçmiş, lakin heç zaman təzyiqlərə boyun əyməmişdir. Bu gün də Azərbaycan dövləti güclü siyasi iradəyə, qüdrətli orduya və milli birliyə malikdir. Kimlərsə düşünürsə ki, Azərbaycanı qorxutmaq, təhdid etmək və ya təxribatlarla geri çəkilməyə məcbur etmək mümkündür – onlar çox ciddi şəkildə yanılırlar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi:
“Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”.
Bu sözlər Azərbaycan dövlətinin qəti mövqeyini açıq şəkildə ortaya qoyur. Azərbaycan heç vaxt terroru, təxribatı və dövlətimizə qarşı yönəlmiş hər hansı hücumu cavabsız qoymayacaq. Regionda sabitlik istəyən hər bir dövlət bilməlidir ki, Azərbaycan sülh tərəfdarıdır, lakin dövlətimizin təhlükəsizliyi və xalqımızın taleyi məsələsində heç vaxt güzəştə getməyəcək.
Terroru və təxribatı alətə çevirən qüvvələr unutmamalıdır ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir və onun arxasında dəmir iradə, güclü ordu və milli həmrəylik dayanır.
Naxçıvana qarşı yönəlmiş bu terror xarakterli raket hücumu beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır və bu məsələ beynəlxalq müstəvidə də ciddi şəkildə qaldırılmalıdır. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş belə addımlar dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənməlidir.
Azərbaycan xalqı əmindir ki, dövlətimiz və Ali Baş Komandanımız hər zaman xalqın təhlükəsizliyini təmin edəcək və ölkəmizə qarşı yönəlmiş hər bir təxribat layiqli cavabını alacaq.
Bu gün Azərbaycan xalqı bir daha birlik və həmrəylik nümayiş etdirərək dövlətinin yanında olduğunu göstərir. Heç bir təxribat, heç bir raket hücumu və heç bir düşmən planı Azərbaycan dövlətini yolundan döndərə bilməz.























































