ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Dövlətə sədaqətin nümunəsi – hüquq eksperti İsmayıl Zalov
“ARHD.AZ” ictimai-siyasi media saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov hər zaman dövlətə, dövlətçiliyə təmənnasız xidmət edən dəyərli şəxsiyyətlərdən biri kimi tanınır. Onun çoxillik fəaliyyəti və apardığı prinsipial mövqe daim ictimaiyyətin diqqət mərkəzində olmuş, gördüyü işlər geniş auditoriya tərəfindən maraqla izlənilmişdir.
İsmayıl Zalovun uğurlu fəaliyyəti hər zaman göz önündə olub və onun Azərbaycanın milli maraqları naminə apardığı mübarizə bir çox çevrələrdə böyük hörmətlə qarşılanır. Bununla yanaşı, müxalif mövqedə fəaliyyət göstərən bəzi qüvvələrin onun ölkəmiz üçün göstərdiyi böyük xidmətləri həzm edə bilməməsi də təsadüfi deyil. Bu fakt bir daha göstərir ki, İsmayıl Zalovun fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də ciddi təsir gücünə malikdir.
İsmayıl müəllim istər ölkə daxilində, istərsə də Avropa Parlamentində Azərbaycanı yüksək səviyyədə təmsil və müdafiə edib. Onun beynəlxalq tribunalarda ölkəmizin haqq səsini ucaltdığı çıxışları, hüquqi əsaslara söykənən mövqeyi və prinsipial münasibəti Azərbaycan dövlətçilik tarixində öz mühüm izini qoyur. Xüsusilə beynəlxalq hüquq müstəvisində tutduğu qətiyyətli mövqe onun peşəkarlığının və dövlətinə bağlılığının bariz nümunəsidir.
Bu şərəfli və məsuliyyətli fəaliyyətində hörmətli hüquq eksperti İsmayıl Zalova yeni-yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq. Onun ölkəmiz naminə göstərdiyi xidmətlərin bundan sonra da eyni uğurla davam edəcəyinə inanırıq.
Hüquq eksperti onu da qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət lideri Əli Kərimlinin cinayəti təsdiq olunduğu üçün haqlı olaraq barəsində cinayət işi açılıb. O, bu məsələdə hüququn aliliyinin əsas prinsip olduğunu vurğulayaraq, hər kəsin qanun qarşısında bərabər olduğunu diqqətə çatdırıb və hüquqi prosedurların şəffaf şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.
Xüsusi müxbir: Ramil Abışov























































