Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun BƏYANATI
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qarşı törədilən təxribat xarakterli insidentlə bağlı son dərəcə sərt və prinsipial mövqeyini açıqlamışdır.
Bəyanatda qeyd olunur ki, dövlət başçısına qarşı edilən bu çirkin və planlaşdırılmış hücum cəhdi təkcə Prezidentə deyil — bütövlükdə Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı yönəlmiş açıq hörmətsizlik aktıdır. Bu, milli iradəyə qarşı edilən mənəvi təxribatdır.
İsmayıl Zalov vurğulamışdır ki, radikal və dağıdıcı müxalifətin xaricdə ölkə rəhbərliyinə qarşı təşkil etdiyi bu cür hərəkətlər onların əsl simasını ifşa edir. Dövlət başçısına qarşı hücum etmək — xalqın seçiminə, xalqın suveren iradəsinə və Azərbaycanın müstəqil siyasətinə qarşı çıxmaq deməkdir. Bu, siyasi mübarizə deyil, bu, milli maraqlara qarşı yönəlmiş məsuliyyətsiz və təhlükəli davranışdır.
Bəyanatda xüsusi olaraq qeyd edilmişdir:
“Azərbaycan Prezidentinə qarşı edilən hər hansı təxribat, əslində Azərbaycan xalqına qarşı edilən hücumdur. Bu cür radikal çağırışlar və iyrənc təxribatlar milli birliyimizi sarsıtmaq məqsədi daşıyır. Lakin onlar unudurlar ki, Azərbaycan xalqı dövlətinin yanındadır və bu cür ucuz ssenarilərlə iradəmizi qıra bilməzlər.”
İsmayıl Zalov həmçinin bildirib ki, Azərbaycan Prezidentinin Mühafizə Xidmətinin peşəkar və çevik müdaxiləsi nəticəsində insidentin qarşısı qətiyyətlə alınmış, dövlət başçısının təhlükəsizliyi tam təmin olunmuşdur. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti hər cür təhlükəyə qarşı hazır və ayıqdır.
Sonda ARHD.AZ rəhbəri Azərbaycan xalqını daha da sıx birləşməyə, milli həmrəylik nümayiş etdirməyə çağırmış və vurğulamışdır ki, radikal müxalifətin xaricdən idarə olunan çirkin oyunları heç vaxt dövlətimizin gücünü sarsıda bilməyəcək. Azərbaycan xalqının iradəsi möhkəmdir, dövlətçiliyimiz sarsılmazdır və bu cür təxribatlar qarşısında daha da güclənəcəkdir.























































