Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib
İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
İranın dörd pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb - MN açıqladı
Peşəkarlıq və məsuliyyət nümunəsi – Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova
Dövlətə sədaqətlə xidmətin nümunəsi – Göygölün inkişaf yolunda Vüqar Novruzovun fəaliyyəti
Autizmlə mübarizədə ümid ünvanı: Maarifləndirmə, dövlət dəstəyi və beynəlxalq təcrübə
Xırdalanda qanunsuz tikinti: Səssiz qalan aidiyyatı qurumların cavabsızlığı narahatlıq doğurur-VİDEO
“Heydər Əliyev. Əbədi miras”: layihəsi və toplu Lənkəranda, Velədi kənd məktəbində təqdimatı
Rusiyalı diyetoloqdan xəbərdarlıq: "Az yeyirəm" deyənlərin çəki ata bilməməsinin SƏBƏBİ
Ağciyər xərçənginin müalicəsində yeni ümid: Alimlər xəstəliyin "zəif nöqtəsini" tapdılar
Ağcabədi Su İdarəsinin ayaqyoluya gedən qadın işçisi vəzifəsindən azad edildi: Ailəsi məskunlaşdığı binadan çıxarılır - VİDEO
Ağcabədi Su İdarəsinin rəisindən tapşırıq: Qadınlara ayaqyoluna getmək qadağan edildi - İDDİA
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Ali Məhkəmənin 103 il yaradılması ilə bağlı təbrik etdi
Azərbaycan dövlətçiliyinin hüquqi sütunlarından biri olan Azərbaycan Respublikasının Ali Məhkəməsi 103 illik şərəfli yol keçərək bu gün də ədalətin, qanunun aliliyinin və hüquqi sabitliyin təminatçısı kimi fəaliyyətini davam etdirir. Bu əlamətdar yubiley münasibətilə ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Ali Məhkəmənin rəhbərliyini və kollektivini ürəkdən təbrik etmişdir.
İsmayıl Zalov xüsusi olaraq qeyd etmişdir ki, bu gün Ali Məhkəmənin fəaliyyəti onun rəhbərliyinin prinsipial mövqeyi, müasir idarəçilik baxışı və hüquqi islahatlara açıq yanaşması ilə daha da güclənmişdir. O, Ali Məhkəmənin Sədri İnam Kərimovun fəaliyyətini yüksək qiymətləndirərək vurğulamışdır ki, cənab sədrin rəhbərliyi dövründə məhkəmə sistemində çeviklik, şəffaflıq və peşəkarlıq meyarları daha da möhkəmlənmişdir.
İsmayıl Zalov bildirmişdir ki, İnam Kərimov hüquqi bilikləri, dövlətçilik təfəkkürü və prinsipial mövqeyi ilə seçilən rəhbərdir. Onun rəhbərliyi altında Ali Məhkəmə yalnız ali instansiya kimi deyil, eyni zamanda hüquqi islahatların lokomotivi kimi çıxış edir. Qanunun vahid tətbiqinin təmin olunması, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və hüquqi presedentlərin formalaşdırılması istiqamətində görülən işlər məhz güclü rəhbərliyin nəticəsidir.
“Bu gün Ali Məhkəmənin fəaliyyəti cəmiyyətdə ədalətə olan inamın möhkəmlənməsinə xidmət edir. Bu inam isə təsadüfi deyil. Bu, peşəkar rəhbərlik, dürüst mövqe və dövlət maraqlarına sadiqliyin nəticəsidir”, – deyə İsmayıl Zalov qeyd etmişdir.
O vurğulamışdır ki, İnam Kərimovun rəhbərliyi ilə məhkəmə sistemində müasir yanaşmalar tətbiq olunur, hakim korpusunun məsuliyyəti və intizamı daha da gücləndirilir, hüquqi dövlət prinsipləri praktik müstəvidə ardıcıl şəkildə həyata keçirilir. Bu, təkcə hüquq ictimaiyyəti üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyət daşıyır.
İsmayıl Zalov qeyd etmişdir ki, 103 illik tarixə malik olan Ali Məhkəmənin bu gün də yüksək nüfuza malik olması, qəbul etdiyi qərarların hüquqi əsaslılığı və prinsipiallığı məhz düzgün strateji rəhbərliyin nəticəsidir. O, İnam Kərimovu məsuliyyətli, ədalətli və dövlətinə sadiq rəhbər kimi xarakterizə etmişdir.
Təbrik müraciətində İsmayıl Zalov bildirmişdir:
“Ali Məhkəmənin 103 illik yubileyi münasibətilə ilk növbədə onun rəhbəri hörmətli İnam Kərimovu və bütün hakim heyətini ürəkdən təbrik edirəm. Əminəm ki, Ali Məhkəmə bundan sonra da onun rəhbərliyi altında ədalətin keşiyində mətin dayanacaq, Azərbaycan Respublikasında hüququn aliliyinin təmin edilməsinə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.”
Sonda o vurğulamışdır ki, güclü dövlətin təməli güclü məhkəmə sistemidir. Güclü məhkəmə sisteminin əsasında isə savadlı, prinsipial və məsuliyyətli rəhbərlik dayanır. Bu baxımdan, Ali Məhkəmənin 103 illik yubileyi həm də uğurlu idarəçiliyin və davamlı inkişafın təntənəsidir.























































