ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun RƏSMİ BƏYANATI
“Ləziz Dönər”in reklam naminə ağac qırğını: Hökməlidə susan vicdan, susan qurumlar - VİDEO
Təhsilin keyfiyyətinə həsr olunmuş ömür: Ülkər Mirzəyevanın pedaqoji və idarəçilik fəaliyyəti
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Anar Quliyev: "Şəhərsalma və Memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"
Gənclik sağlam gələcəyin təməlidir: Dilqəm Məhərrəmovdan Azərbaycan gənclərinə təbrik
Taleh Məmmədov: 2 Fevral - Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əziz gənclər, bayramınız mübarək!
Gəncliyə dəyər, vətənə devgi: Zərniyar Kərimovadan Azərbaycan gənclərinə səmimi təbrik
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Dövlətə və Dövlətçiliyə Sədaqətin Parlaq Nümunəsi – İsmayıl Zalov
Müasir Azərbaycan cəmiyyətində dövlətə, milli maraqlara və dövlətçilik ideallarına sədaqətlə xidmət edən ziyalıların fəaliyyəti xüsusi hörmət və ehtiramla qarşılanır. Belə nümunəvi şəxsiyyətlərdən biri də ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovdur. Onun çoxşaxəli fəaliyyəti, prinsipial mövqeyi və cəsarətli çıxışları Azərbaycanın hüquqi-siyasi maraqlarının beynəlxalq müstəvidə qorunmasına mühüm töhfələr verir.
İsmayıl Zalov hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyən, dövlət başçısının milli maraqlara əsaslanan strategiyasını hüquqi arqumentlərlə müdafiə edən ziyalı kimi tanınır. O, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu və beynəlxalq nüfuzunun artırılması istiqamətində atılan addımları ardıcıl şəkildə təbliğ və təşviq edir.
Xüsusilə vurğulanmalıdır ki, İsmayıl Zalov Avropa Məhkəməsi və Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın haqq səsini cəsarətlə çatdıran, ölkəmizə qarşı yönəlmiş qərəzli yanaşmalara hüquqi faktlar və elmi əsaslarla cavab verən mütəxəssislərdəndir. Onun çıxışları və mövqeyi təkcə peşəkarlıq deyil, eyni zamanda yüksək vətənpərvərlik nümunəsidir.
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri kimi İsmayıl Zalov informasiya təhlükəsizliyi, milli maraqların qorunması və ictimai rəyin düzgün formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Agentliyin fəaliyyəti çərçivəsində dövlətçilik ideyalarının təbliği, hüquqi maarifləndirmə və Azərbaycanın beynəlxalq arenada haqlı mövqeyinin işıqlandırılması prioritet istiqamətlərdəndir.
İsmayıl Zalovun fəaliyyəti sübut edir ki, dövlətə sədaqət yalnız sözlə deyil, konkret əməl, mövqe və məsuliyyətli fəaliyyətlə ölçülür. O, həm elmi, həm də ictimai fəaliyyətində hər zaman Azərbaycanın maraqlarını ön planda tutan, prinsipial və dönməz mövqeyi ilə seçilən ziyalıdır.
Bu cür şəxsiyyətlər haqqında nə qədər xoş sözlər desək, yenə də azdır. Çünki İsmayıl Zalovun gördüyü işlər, nümayiş etdirdiyi vətəndaş mövqeyi və dövlətçilik ruhu Azərbaycan cəmiyyətində dərin hörmət və etimad qazanmışdır. Onun fəaliyyəti gənc nəsil üçün örnək, dövlətə xidmət yolunda olan hər kəs üçün nümunədir.
Ramil Abışov
ARHD.AZ ictimai-siyasi informasiya agentliyinin
Ağsu rayon üzrə xüsusi müxbiri






















































