“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Sadə diş ağrısı ölümcül xəstəliyin xəbərçisi ola bilər
Böyük Britaniyada yaşayan 42 yaşlı Ed Vieyra adlı kişidə şiddətli diş ağrısının ölümcül xəstəliyin əlaməti olduğu məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.
Ed Vieyranın sözlərinə görə, əvvəlcə o, yalnız sol köpək dişində ağrı hiss edib. Lakin bir müddət sonra ön dişlərinin də ağrıdığını və boşaldığını anlayıb.
"Eyni zamanda ağrı o qədər güclü idi ki, burnumu belə silə bilmirdim. Sağ burun boşluğumun yanında isə kiçik, sərt bir şiş hiss etdim", - deyə o xatırlayıb.
Kişi əvvəlcə bu ağrıları diş çürüməsi ilə əlaqələndirib. Lakin rentgen müayinəsi onun üzünün sol tərəfindəki bəzi sümüklərin zədələndiyini göstərib. Sonradan aparılan kompüter tomoqrafiyası zamanı həkimlər onun sol sinusunda çənə sümüklərini zədələyən şiş aşkar ediblər.
Biopsiyadan sonra həkimlər Vieyraya onda "Non-Hodgkin Lymphoma" - limfa sisteminə təsir edən qan xərçəngi növünün ikinci mərhələsinin olduğunu bildiriblər.
"Əgər diş ağrısı keçsəydi, vəziyyət daha da pisləşəcəkdi və xərçəng daha çox yayılacaqdı. Ehtimal ki, bütün dişlərimi itirəcəkdim. Xərçəng artıq boynuma yayılıb və bunun nə qədər ağırlaşa biləcəyini düşünmək belə istəmirəm", - deyə Ed Vieyra bildirib.
Hazırda o, təyin olunmuş altı kimyaterapiya kursundan dördünü artıq başa vurub. Lakin müalicənin tam nəticəsi hələ məlum deyil.























































