Xəbər Lenti
17-11-2026, 14:05
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
17-11-2026, 12:17
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
17-11-2026, 11:59
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
17-11-2026, 11:00
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
17-11-2026, 10:49
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
17-11-2026, 10:03
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
16-11-2026, 21:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
16-11-2026, 15:25
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
16-11-2026, 15:20
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Səhiyyə Nazirliyindən oruc tutan diabet xəstələrinə - Çağırış
“Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşmaların inkişaf riskini artıra bilər”.
Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Günay İsmayılova deyib.
Onun sözlərinə görə, qida rejimində kəskin dəyişiklik, hipoqlikemik dərmanlar qəbulundan imtina, maye qəbulunu məhdudlaşdırılması diabetik ketoasidoz, ketoasidotik və hiperosmolyar koma kimi ağır ağırlaşmalara, kəskin trombozun inkişafına, ağır hipoqlikemiyaya səbəb ola bilərlər.
İsmayılova qeyd edib ki, baş verə biləcək ağırlaşmaların əsasında qlükoza, sərbəst yağ turşuları, maye və elektrolit balansının mübadiləsində pozğunluqlar yaranır: “Bu səbəbdən oruc tutmazdan öncə diabet xəstələri həkimlərin tövsiyələrini nəzərə almalıdır. Diabet olmayan insanlarda qida qəbulu insulinin ifrazını stimullaşdıraraq, qlükozanın qaraciyərdə və əzələlərdə glikogen ehtiyatını təmin edir. Oruc tutarkən yeməkdən uzunmüddətli imtina qanda qlükozanın səviyyəsinin azalması və insulin ifrazının azalması ilə müşayiət olunur. Onlarda insulin və kontrainsulyar hormonlar vasitəsi ilə qanda qlükozanın səviyyəsi tənzimlənir. İnsulin çatışmazlığı olan xəstələrdə isə uzunmüddətli aclıq hiperglikemiya və ketoasidoza səbəb olan glikogenin həddindən artıq parçalanmasına, qlükoneogenez və ketogenezin artmasına gətirir. Qida qəbulunun azaldılması hipoqlikemiyanın inkişafı üçündə risk faktorudur”.
Həkim-terapevt bildirib ki, susuzlaşma riski isti və rütubətli iqlimi olan ölkələrdə, eləcə də ağır fiziki fəaliyyətlə məşğul olan insanlarda çox yüksəkdir: “Orucluq zamanı uzun müddət mayenin qəbul olunmaması susuzluğa səbəb ola bilər. Bu səbəbdən insan orqanizmində baş verən dəyişikliklər qanın qatılaşmasını və tromboz riskini daha da artıra bilər. Bir sıra tədqiqatların nəticələri oruc tutan xəstələrdə tutmayanlarla müqayisədə damar trombozlarının daha çox olduğunu göstərdi”.
İsmayılova oruc tutan diabet xəstələri ağırlaşmalara görə 4 risk qrupuna bölündüyünü əlavə edib: “Çox yüksək risk qrupu - qlükoza səviyyəsini kontrol etməyənlər, tip 1 şəkərli diabet, xroniki böyrək çatışmazlığından, hər hansı yanaşı kəskin xəstəliklərdən əziyyət çəkənlər, hamilələr, hemodializdə olan xəstələr və s;
Yüksək risk qrupu - hər hansı yanaşı xronik xəstəliklərdən əziyyət çəkənlər, makrovaskulyar ağırlaşmaları olan xəstələr və s;
Orta risk qrupu - qanda qlükoza səviyyəsini ciddi kontrolda saxlaya bilənlər, hipoqlikemiyaya səbəb olma ehtimalı az olan dərman preparatlarını qəbul edənlər;
Aşağı risk qrupu - yalnız pəhriz və ya metformin, glitazonlar, qliptinlər ilə müalicə olunan kafi glikemik nəzarəti olan xəstələr, hər hansı bir yanaşı xəstəlikləri olmayanlar və s”.
O qeyd edib ki, çox yüksək risk qrupunda olan diabetli xəstələrə oruc tutmaq tövsiyə olunmur. Yüksək risk qrupunda olan xəstələrin də oruc tutmaları səhhətlərinə təhlükə yarada bilər.























































