Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Bu günlərdə İsrail Dövlətinin ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun dəvəti ilə İsrailin Azərbaycandakı Səfirliyində oldum.
Xezertv.info xəbər verir ki, Vaqif Abdullayev özünün facebook səhofəsində paylaşım edib. Paylaşımda deyilir: Bu yaxınlarda müəllifi olduğum Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabı nəşr etdirdiyimə görə, dərin minnətdarlığını bildirdi. Kitabın Səfirliyin binasında öz xüsusi yerini aldığını və diplomatların maraqlı nəşrlərindən birinə çevriləcəyinə əminliyini ifadə etdi.
Cənab Krausz Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə toxundu. Ulu öndər Heydər Əliyevin İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirməsinə, Cənab Prezident İlham Əliyevin də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verməsinə diqqət çəkdi. Eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə verdiyi yüksək hörmət barədə fikirlər sələndirildi.
Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi.
Səfir bildirdi ki, bu cür kitabların nəşr edilməsi iki xalq arasında əlaqələrin möhkəmlənməsinə xüsusi töhfə verir, gələcək nəsillər arasında qarşılıqlı etimad və rəğbəti daha da gücləndirir.
Bildirdi ki, kitabın Səfirliyin təşəbbüsü ilə ibrit və ingilis dilinə tərcümə olunaraq böyük tirajla yenidən nəşr edilməsi və İsraildə Azərbaycan səfirliyinin, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirakı ilə geniş təqdimatı nəzərdə tutulur.
Cənab Səfir öz imzası ilə təşəkkür məktubunu mənə təqdim etdi.
Bir vətəndaş olaraq mənə göstərilən bu dərin hörmət və etimada görə, bir daha dərin təşəkkürümü bildirirəm.
Bu, Azərbaycan və Yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərinə verilən yüksək dəyərin nümunəsidir.


Fərid Faiqoğlu























































