Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Ali Məhkəmədən xəbərdarlıq - Bu pullar geri qaytarılmır
Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər. Vədlər yerinə yetirilmədiyi halda isə adətən mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, mülki məhkəmə icraatında hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından ibarətdir. Mülki hüquqda hər hansı pul tələbinin təmin edilməsi üçün həmin tələb müqavilədən, zərər vurulmasından, əsassız varlanmadan və ya qanunda nəzərdə tutulmuş digər əsaslardan yaranmalıdır: “Qanunsuz məqsədlə verilmiş pullar isə heç bir qanuni əsasa söykənmir. Hüquq sistemi yalnız qanuni münasibətləri qoruyur. Əgər pul qanunsuz məqsədlə verilibsə, həmin münasibət artıq hüququn müdafiə etdiyi mülki hüquqi münasibət sayılmır.
Məhkəmələr bu kateqoriya işlər üzrə ilk növbədə pulun hansı məqsədlə verildiyini araşdırırlar. Çünki hüquqi müdafiədən istifadə etmək üçün münasibətin özü əvvəlcədən qanuni və legitim əsaslara söykənməlidir. Müəyyən olunursa ki, tərəflər qanunazidd nəticə əldə etmək niyyəti ilə hərəkət ediblər, bu halda iddia təmin edilmir.
Bundan əlavə, belə hallarda şəxslər yalnız pulu itirmək riski ilə deyil, əlavə neqativ hüquqi nəticələrlə də üzləşə bilərlər. İş materiallarından qanun pozuntusunun əlamətləri göründükdə, məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilə bilər.
Bu risklərlə üzləşməmək üçün vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni və legitim əsaslarla qurmaq və qanunsuz münasibətlərdən isə çəkinmək tövsiyə olunur”.























































