26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
Ürək sağlamlığını qorumaq üçün düzgün qidalanmanın vacibliyi hər zaman vurğulanır.
Sehiyye.info xəbər verir ki, ispaniyalı kardioloq Aurelio Roxasın açıqlamasına görə isə yay aylarında ürək üçün ən faydalı giləmeyvələrdən biri çiyələk hesab olunur.
Həkim çiyələyin tərkibindəki yüksək antioksidant və lif sayəsində orqanizmdə xroniki iltihabın azalmasına kömək etdiyini bildirib. Onun sözlərinə görə, bu cür iltihab şəkərli diabet, piylənmə və xroniki yorğunluq kimi bir çox sağlamlıq probleminin əsas səbəblərindən biridir.
Kardioloq qeyd edib ki, mütəmadi çiyələk istehlakı insulinə həssaslığı artırır və qanda şəkərin səviyyəsinin normallaşmasına dəstək olur. O vurğulayıb ki, qlükozanın kəskin yüksəlməsi damarların və hüceyrələrin daha sürətli qocalmasına səbəb olaraq ürək-damar xəstəlikləri riskini artırır.
Aurelio Roxas əlavə edib ki, çiyələk toxluq hissi yaratdığı üçün əlavə kalori qəbulunun qarşısını alır və orqanizmdə oksidləşdirici stressi minimuma endirir. Bu səbəbdən yay mövsümündə ürək sağlamlığını qorumaq istəyənlər üçün çiyələk ən faydalı seçimlərdən biri sayılır.//publika























































