Xəbər Lenti
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Hörmüz üzərində 4 İran PUA-sı vuruldu
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, pilotsuz aparatların regional dəniz nəqliyyatı üçün birbaşa təhlükə yaratdığı qiymətləndirilib və onlar ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bundan sonra ABŞ ordusu İranın cənub sahillərində yerləşən müşahidə radar sistemlərinə zərbələr endirib. Hədəflər arasında Qoruk bölgəsi və Qəşm adasındakı radar qurğularının olduğu bildirilib.
ABŞ tərəfi əməliyyatın mümkün yeni hücumların qarşısını almaq məqsədilə müdafiə xarakteri daşıdığını bəyan edib.























































