Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi məqsədilə geniş tərkibdə görüş keçirilib.
Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyada "Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu" üzrə İşçi Qrupunun həmsədrləri - ATU-nun rektoru, professor Gəray Gəraybəyli və həmsədr Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın rəhbərliyi ilə baş tutan görüşdə komissiya üzvləri, əmək bazarının nümayəndələri, eyni zamanda hər ixtisas üzrə məzun kursların
tələbələri iştirak ediblər.
Tədbirdə “Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatı”nın təsdiq edilməsinə toxunan rektor Gəray Gəraybəyli ali təhsil proqramları və tədris prosesinin yenilənməsi zərurəti, o cümlədən qlobal müstəvidə baş verən dəyişikliklər və beynəlxalq təcrübə əsasında tədris planlarının təkmilləşdirilməsi, mövcud proqramların müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasını vacib edən məqamlara aydınlıq gətirib.
Qeyd olunub ki, yeni tibb ixtisas proqramlarının tətbiqində əsas məqsəd tələbələrin bacarıqlarının daha da inkişaf etdirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi, səhiyyə sistemi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilidir.
Daha sonra görüşdə bakalavr pilləsində Qidalanma və Dietologiya ixtisası üzrə hazırlanan tədris proqramı Komissiya üzvlərinin diqqətinə çatdırılıb. Həmçinin 1 nömrəli Bakı Tibb və 2 nömrəli Bakı Baza Tibb kolleclərinin təqdim etdiyi tədris proqramları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə müzakirələr zamanı səsləndirilən müxtəlif fikir və təkliflərin də nəzərə alınaraq, proqramlara yenidən baxılması və qısa zamanda yekun rəyin verilməsi qərara alınıb.






amu.edu.az






















































