Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
Musiqi ixtisasları üzrə qəbul proqramları təsdiq olunub
Dövlət İmtahan Mərkəzində (DİM) musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri ilə görüş keçirilib.
Mərkəzdən verilən məlumata görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin direktoru Teymur Göyçayev və DİM-in İmtahanların təşkili və idarəedilməsi departamentinin müdiri Azər Bağırov iştirak edib.
İclasın əsas məqsədi bu il musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək olub.
Görüş iştirakçıları xüsusi qabiliyyət imtahanları ilə bağlı fikir mübadiləsi aparıb. İclasın yekununda cari ildə musiqi sənəti istiqaməti üzrə Bakıda fəaliyyət göstərəcək Bəstəkarlıq komissiyasında ixtisas və harmoniya (şifahi), Musiqişünaslıq komissiyasında musiqi ədəbiyyatı və harmoniya (şifahi), qalan digər musiqi komissiyaları üzrə isə yalnız ixtisas fənnindən qabiliyyət imtahanlarının keçirilməsi qərara alınıb. Görüşdə, həmçinin müvafiq istiqamət üzrə qabiliyyət imtahanı proqramları təsdiq olunub.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanı proqramları yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.
İştirakçılar görüşdən sonra DİM-də yaradılan və ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə də tanış olublar.























































