Menu
Xəbər Lenti
"Korrupsiya haqqında"
Bugün, 10:33

"Korrupsiya haqqında"

Cənubunsəsi təqdim edir
6-05-2026, 14:24

Cənubunsəsi təqdim edir

08 May 2026 10:33Manşet / Gündəm

"Korrupsiya haqqında"

 

                  "Hədiyyələr insanları

                     tanrıları cəlb

                   Edir, Yupiter

                   Hədiyyələri görəndə

                   Barışır"

                               Ovidiy.

 

"Korrupsiya " termini  iki  Latın sözünün birləşməsindən yaranmışdır. Correl - birlikdə , həmrəy hərəkət etmək .Rumpere- sındırmaq ,korlamaq, dağıtmaq demək.


Tarixdə korrupsiyayla  mübarizə aparan ilk Çar, Şumer Çarı Uri-i-nimqina olmuşdur. Qədim Yunanıstanda , xüsusən Afina və Spartada korrupsiyaya bulaşmış Çarlar və ordu başçıları dərhal cəzalanırdılar. Məsələn  Spartada  Çar Plistoanakt  Perikla satıldığı üçün Spartadan qovulmuşdur.


Qədim Romadada rüşvətxorluq və korrupsiya geniş vüsət almışdır. Korrupsiya haqqında hələ e.ə . 5- ci əsrdə  "12  Cədvəl " qanunlarında rast gəlinir.Bu qanunda "Corrumpere" sözü , ilk olaraq məhkəmədə hakimi ələ almaq  və yaxud məhkəmə  zamanı pul müqabilində ifadəni dəyişmək  mənasını daşıyırdı."12 Cədvəl" qanununun müddəalarına görə korrupsiya əməli ağır cinayət hesab edilirdi və ölümlə cəzalandırılırdı.


Çar Rusiyasında korrupsiyayla mübarizəni ilk olaraq Birinci Pyotr başlamışdır. 1714-cü ilin dekabr ayında Çar Pyotr korrupsiyanı qadağan edən əmr imzalamışdır. Bu əmrə əsasən  korrupsiya cinayətini törədən şəxs ölüm cəzasına məhkum edilməli idi.


Rüşvət - əksər insanın ikrah hissi ilə qarşıladığı , cəmiyyətin tərəqqisinə , şəffaf inkişafa mane olan amildir. Rüşvətxorluq  korrupsiya cinayətlərinin ən geniş yayılmış, çox təəssüf ki , cəmiyyətin bütün təbəqələdinə sirayət edən , dövlət və cəmiyyət üçün bəla hesab olunan aktdır.


Bir sıra  hüquqşünas və sosioloq alimlərə görə , rüşvət  alan olmasa , rüşvət verən də olmayacaq.Mənim fikirimcə, rüşvət  almaq istəyən olsa belə, rüşvət verməməyi daha çox təşviq etmək lazımdır. Belə olanda rüşvət almaq istəyənlərlə bağlı şikayətlər və nəticədə  cəza tədbirlərinin həyata keçirilməsi təmin edilə bilər.


Azərbaycan cinayət qanunvericiliyi  rüşvətxorluğu iki hissəyə ayırır.


Aktiv rüşvətxorluq- rüşvət vermə  və passiv rüşvətxorluq - rüşvət alma.


Rüşvət alma iki  halda baş verir : vəzifəli şəxs tərəfindən  öz vəzifə səlahiyyətlərinə aid olan  hərəkətə ( və ya hərəkətsizliyə) görə  və qanunsuz hərəkətlərə görə.


Rüşvət almaq ümumi himayədarlıq  və ya laqeydlik  müqabilində özü , yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla , şəxsən  və ya vasitəçidən istifadə etməklə  maddi və sair   neməti  , imtiyazı və ya güzəşti   istək və ya almaq  , yaxud bu barədə təklif  və ya vədi qəbul etməkdir. Təəssüf ki, cəmiyyətimizdə rüşvət alma konkret olaraq "Əlində pul tutulması" kimi başa düşülür. Yəni , adamlara elə gəlir ki , cinayətin  baş verməsi üçün şəxsin "əlində pul tutulmalıdır". Lakin rüşvət alma  formal xarakterli  cinayət olduğuna görə rüşvət istənildiyi , alındığı və ya bu təklifin ,  vədin qəbul  edildiyi anda başa çatmış hesab edilir.Yəni, rüşvət  müqabilində müəyyən işin görülüb- görülməsinin , həmin işi görməyə  hazırlığın  olub- olmamasının  əməlin tövsifi  üçün heç bir əhəmiyyəti yoxdur.


Rüşvət vəzifəli şəxs tərəfindən istənilərkən  də cinayət artıq başa çatmış olur.


Rüşvət istəmək dedikdə , vəzifəli şəxsin  rüşvət alması arzusunun  bildirilməsi nəzərdə tutulur. Bu müxtəlif formalarda ( şifahi, yazılı) və ya hər hansı üsulla , telefon , internet, sosial şəbəkə, qısa mesaj, vərəq üzərinə yazma  müəyyən  anlaşılan işarələr göstərmə , xəbər göndərmə ola bilər.


Rüşvətin  verilməsi təklif edilməsinə baxmayaraq , vəzifəli şəxs tərəfindən   həmin  rüşvətdən imtina  rüşvəti təklif edən şəxsin əməlində ( CM- in 29, 312 ci maddə) rüşvət verməyə cəhd kimi cinayət tərkibi yaradır.


Vəzifəli şəxs öz səlahiyyətinə daxil olmayan  məsələlərlə bağlı  vəd verib , pul və ya maddi nemət alırsa , bu dələduzluqdur.


 Vəzifəli şəxs  yalnız bir il ərzində 55 manatdan yuxarı  olmayan , sadə qonaqpərvərlik kimi   gəbul edilən , vəzifəsinin qərəzsiz  icrasına təsir etməyən hədiyyə qəbul edə bilər.


Rüşvət verən şəxs hədə - qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət verdiyini könüllü dövlət orqanına məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.


Rüşvət alma  və rüşvət vermə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311 və 312 - ci maddələrində  ehtiva olunmuşdur.


Rüşvətxorluq haqqında  işlər üzrə SSRİ Ali Məhkəməsi Plenumunun 30 mart 1990 -cı il tarixli  3 saylı  Qərarının 5 - ci bəndində deyilir ki , təqsirkarın əməli  o hallarda rüşvət alma  və ya rüşvət vermə kimi qəbul ediləcəkdir ki , rüşvətin  alınması və xidmətin göstərilməsi şərtləri barədə  xüsusi razılaşdırılma  əvvəlcədən  olmasa da , cinayətin iştirakçıları  dərk edirlər ki  , rüşvət rüşvət verənin  mənafeyinin təmin məqsədi ilə verilir.


Korrupsiyayla mübarizə sahəsində  Azərbaycanda kifayət  gədər effektiv hüquqi baza mövcuddur.13 yanvar 2004- cü ildə  "Korrupsiyaya qarşı mübarizə haqqında " qanun qüvvəyə minib. 31 oktyabr 2003 -cü il tarixində BMT-ın Baş Assambleyasının Meksikanın Merida şəhərində qəbul etdiyi " Korrupsiyaya qarşı " Konvensiyanı Azərbaycan Parlamentidə ratifikasiya edib. Həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi effektivliyi artırmaqdan ötrü , prezident İlham Əliyevin təsdiq etdiyi "Milli fəaliyyət Planı" mövcuddur.


Ölkəmizdə rüşvətxorluqla mübarizədə bütün hüquq- mühafizə orqanları səfərbərdir, lakin əsas yük Baş Prokuror yanında (ixtisaslaşmış)  Korrupsiyaya  Qarşı Mübarizə Baş İdarəsinin üzərinə düşür. Son olaraq Azərbaycan Respublikasının  Baş Prokuroru , Hörmətli Kamran Əliyevin çıxışından sitat gətirmək istərdim:" Korrupsiya təkcə  qanunun pozulması deyil . O , cəmiyyətin ruhuna , insanın inamına ,   gələcək nəsillərin ümudlərinə zərbədir".


 

Hüquqşünas, Kriminologiya üzrə ekspert  Faxir Ağayev.