Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanovadan müqəddəs “Qurban” bayramı təbriki
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Yol infrastrukturunda məsuliyyət və peşəkarlıq nümunəsi – Cəlilabad Rayon 46 Saylı Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimov
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Xezertv.info xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən region gənclərinin iştirakı ilə silsilə tədbirlər həyata keçirilib.
28 May - Müstəqillik Günü ilə əlaqədar təşkil olunan tədbirlər çərçivəsində gənclər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Müstəqillik Gününə həsr olunmuş tədbirlər çərçivəsində tarixçilərin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirakı ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolu, milli dövlətçilik ənənələrinin formalaşması və müstəqilliyimizin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, gənclər üçün Bayraq Muzeyinə ekskursiya təşkil olunub, iştirakçılara Azərbaycan dövlətçilik tarixi və milli rəmzlərimiz haqqında ətraflı məlumat verilib. 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda döyüşərək şəhid olmuş əsgərlərin, eləcə də Quba rayonunun İqrik kəndində dəfn olunmuş türk şəhidlərinin məzarları ziyarət olunaraq onların əziz xatirəsi ehtiramla yad edilib.
Gənclərin dövlətçilik barədə biliklərinin artırılması məqsədilə “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış, həmçinin gənclər arasında “Xəmsə” milli intellektual oyunu təşkil olunub. Bununla yanaşı, 28 May - Müstəqillik Gününə həsr olunmuş filmlər nümayiş etdirilib, həmçinin gənclərin iştirakı ilə konsert proqramı keçirilib.
Qeyd edək ki, təşkil olunan tədbirlərin əsas məqsədi gənclərin müstəqillik tariximiz barədə məlumatlılığının artırılması, onlarda vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsidir.































































