“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
“Böyük Qayıdış” Gənclər Təşkilatı 28 may ilə bağlı tədbirlər keçirib
Xezertv.info xəbər verir ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub. Tədbirlərin keçirilməsində əsas məqsəd gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin təbliği, Azərbaycanın müstəqillik tarixi barədə məlumatlılığın artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi olub.
Tədbirlər planına əsasən gənclərin iştirakı ilə Ümummilli Liderin məzarı ziyarət edilib, Laçında Qayıdış Könüllülərinin iştirakı ilə “Müstəqilliyin palitrası” adlı rəsm etüdü və Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub.
Təşkilat rəhbərlərinin və gənclərin iştirakı ilə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilərək, məzarı önünə tər gül dəstələri düzülüb.
Tədbirlərin davamı olaraq, Qayıdış Könüllüləri və Laçın şəhərində yaşayan istedadlı gənclərin iştirakı ilə “Müstəqilliyin palitrası” adlı rəsm etüdü təşkil olunub. Laçın şəhərində keçirilən rəsm etüdü zamanı iştirakçılar Laçının füsunkar təbiətini və bənzərsiz mənzərələrini rəsm əsərlərində əks etdirərək, müstəqilliyin ölkəmizə bəxş etdiyi inkişafı, doğma torpaqlarımıza qayıdışın sevincini və vətənə bağlılıq hisslərini öz yaradıcılıqlarında ifadə ediblər. Müstəqillik Gününə həsr olunan etüdün keçirilməsində məqsəd azad və suveren Azərbaycanın təbii gözəlliklərinin incəsənət vasitəsilə təbliği, eləcə də işğaldan azad edilmiş ərazilərimizin dirçəlişinin yaradıcılıq prizmasından nümayiş etdirilməsi olub.
Silsilə tədbirlər çərçivəsində, gənclərin tarixi biliklərinin artırılması məqsədilə Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub. Muzeyin zəngin ekspozisiyası ilə tanış olan gənclərə xalqımızın müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizə, milli azadlıq hərəkatı, həmçinin dövlətçilik tariximizi əks etdirən nadir sənədlər, eksponatlar və fotoşəkillər barədə geniş məlumat verilib. Ekskursiya gənclərin milli şüurunun güclənməsinə və tarixi yaddaşının zənginləşməsinə xidmət edib.





























































