Menu
Xəbər Lenti
02 Fevral 2025 11:39Manşet / Gündəm

"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib

Xezertv.info xəbər verir ki, 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Gənclər dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkilatın fəaliyyətində aktivlik göstərən üzv gənclərin, gənc Vətən müharibəsi qazilərinin, Qayıdış Könüllülərinin və Təcrübə Proqramının iştirakçılarının təltifetmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvləri, millət vəkilləri Vüqar İskəndərov və Naqif Həmzəyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Elşad Təhməzov çıxış edərək hər il ölkəmizdə təntənəli surətdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilən bu əlamətdar tarixin uzaqgörən siyasətçi, dahi lider Heydər Əliyevin adı ilə bağlı olmasını diqqətə çatdırıblar. Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin əsas hədəflərindən biri gənclərin cəmiyyət həyatının bütün sahələrində aktiv iştirakını təmin etmək olub. Ümummilli Liderin layiqli siyasi varisi və davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hazırda gənclər siyasətini qətiyyətli və uğurlu şəkildə icra edir. Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan gəncliyi Vətən müharibəsi dövründə istər ön cəbhədə, istər arxa cəbhədə, istərsə də informasiya müharibəsində aktiv şəkildə iştirak edərək gücünü göstərib. Həmçinin o da vurğulanıb ki, bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qalib xalqın gəncləri bu gün cəmiyyətimizin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsində, əzəli torpaqlarımızda həyatın yenidən bərpa olunmasında və Böyük Qayıdış prosesində gənclərin aktiv iştirakı ilə bağlı gözləntilər də böyükdür. Bu xüsusda, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəaliyyətində fəal iştirak edən gənclərin təşəbbüslərini yüksək qiymətləndirən çıxışçılar, bu nəcib dəstəyə görə onlara təşəkkürlərini bildiriblər. Təltiflərdən sonra tədbir yaradıcı gənclərin təqdimatında bədii hissə ilə davam edib.
Tədbirlər planına uyğun olaraq "Qayıdış Könüllüləri" Proqramının Füzuli Könüllüləri qrupunun iştirakı ilə Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə master-klasslar keçirilib. Fəaliyyətlərin keçirilməsində əsas məqsəd Füzuli şəhərində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olub. 30 nəfər yeniyetmə və gəncin iştirakı ilə baş tutan master-klasslar zamanı iştirakçılar kətan çanta və kətan tablo üzərində rəsm çəkərək, həmçinin dibçək boyayaraq əyləncəli vaxt keçiriblər. Sonda iştirak edən hər bir gəncə hazırladıqları əl işləri təqdim edilib.