Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanovadan müqəddəs “Qurban” bayramı təbriki
Qurban Bayramı İslam aləminin ən müqəddəs və ən əziz bayramlarından biridir. Bu müqəddəs gün insanlar arasında birlik, həmrəylik, mərhəmət və humanizm kimi ali dəyərlərin təcəssümüdür. Hər il böyük sevinc və mənəvi yüksəliş hissi ilə qeyd olunan bu əlamətdar bayram xalqımızın milli-mənəvi dəyərlərinə olan bağlılığını bir daha nümayiş etdirir.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova müqəddəs “Qurban” bayramı münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edərək bildirib ki, bu əziz gün cəmiyyətimizdə paylaşma, yardımlaşma və xeyirxahlıq duyğularını daha da gücləndirir. Onun sözlərinə görə, xalqımız əsrlər boyu milli və dini dəyərlərinə sadiq qalaraq birlik və bərabərlik içində yaşamağı bacarıb.
Xəyalə İmanova qeyd edib ki, ölkəmizdə dini bayramların yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu gün Azərbaycanda hökm sürən sabitlik, inkişaf və mənəvi birlik hər bir vətəndaşın rifahına xidmət edir. Xalqımız öz ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək istiqamətində mühüm addımlar atır.
Baş həkim vurğulayıb ki, Qurban Bayramı insanların bir-birinə dayaq olması, ehtiyacı olan insanlara yardım göstərməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bayram günlərində aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə və ehtiyacı olan insanlara göstərilən diqqət və qayğı xalqımızın yüksək mənəviyyatından xəbər verir. Bu müqəddəs günlərdə edilən duaların, kəsilən qurbanların Uca Allah tərəfindən qəbul olunmasını arzulayan Xəyalə İmanova hər kəsi xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırıb.
O bildirib ki, səhiyyə işçiləri hər zaman insanların sağlamlığının keşiyində dayanır və bayram günlərində də öz məsuliyyətli fəaliyyətlərini davam etdirirlər. İnsan sağlamlığının qorunması ən ali vəzifələrdən biridir və bu şərəfli missiyanı daşıyan tibb işçiləri cəmiyyətə xidmət etməyi özlərinin mənəvi borcu hesab edirlər.
Sonda Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova Azərbaycan xalqına ən xoş arzularını çatdıraraq bildirib:
“Əziz xalqımızı müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir, hər bir ailəyə sevinc, firavanlıq, ruzi-bərəkət və möhkəm can sağlığı arzulayıram. Uca Allah xalqımızı qorusun, dövlətimizi daim güclü və qüdrətli etsin. Bayramınız mübarək olsun!”
Səxavət Nur























































