İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Rəsmi məlumata görə, təkcə 2025-ci ildə kənd təsərrüfatı sahəsinə subsidiyaların verilməsinə 280 milyon manat yönəldilib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, ümumilikdə hər il 400 mindən çox fermerə subsidiya ödənilir. Bununla belə, verilən subsidiyaların nə dərəcədə effektiv olması tez-tez müzakirə olunan məsələlərdəndir.
Bu mövzuya hətta Maliyyə Nazirliyinin 2025-ci ildə açıqladığı müvafiq sənəddə də yer verilib. Bildirilib ki, hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunub. Həmçinin istifadə edilmiş subsidiyanın məbləğinə uyğun məhsul istehsal edilməyib.
Belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə tərəvəz əkinləri üçün verilən subsidiyanın məbləği 42.3% çox olsa da, məhsul istehsalı cəmi 0.7% artıb. Kartof əkini üçün subsidiyanın məbləği 8.2% artsa da, məhsul istehsalı, əksinə, 8.2% azalıb. Həmçinin üzüm əkini üçün ayrılan vəsaitin 1.9% olmasına baxmayaraq, məhsul istehsalı 8.6% azalıb. Bu dövrdə eyni zamanda çay əkini üçün verilən subsidiya 61.7%, giləmeyvələr üçün isə 22.1% qaldırıldığı halda, istehsalda artım müşahidə olunmayıb. Həmçinin hər sağlam buzova və balağa görə 100 manat məbləğində subsidiyanın ayrılmasına baxmayaraq, son illərdə, eləcə də 2024-cü ildə iribuynuzlu mal-qaranın sayı azalıb.
İqtisadçı Xalid Kərimli bildirib ki, mövcud subsidiya sistemi kənd təsərrüfatında inkişafa və məhsuldarlığın artımına xidmət etmir, sadəcə, fermerin xərclərinin bir hissəsini kompensasiya edir: "Bu səbəbdən sistemdə ciddi islahatlara ehtiyac var. Son dövrlər şəffaflıq istiqamətində müsbət addımlar atılsa da, əsas hədəf subsidiyaların effektivliyini təmin etmək və onları daha perspektivli sahələrə yönəltmək olmalıdır".






















































