Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
28 Fevral 2023 02:03Cəmiyyət
Pensiya ödənişlərinə 943 milyon manat yönəldilib
2023-cü ilin yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15,8 faiz (128 milyon manat) çox olmaqla 943 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, pensiyaların orta məbləği 18,5 faiz artaraq 423 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 456 manata çatıb.
Qeyd olunub ki, pensiya islahatlarında yeni mərhələ kimi, minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.
Həmçinin 2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb.
Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.
Bu ilin iki ayı ərzində 7,1 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 78,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır