Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
11 Fevral 2023 02:53Cəmiyyət
Pensiyaların indeksləşdirilərək artırılmasına dair brifinq keçirilib
Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Himalay Məmişov Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən birinin pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi olduğunu bildirib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən son beş ildə artıq 4 islahat paketi icra olunub ki, bu islahatlar çərçivəsində digər sosial ödənişlər kimi, pensiyalarda da davamlı artımlara nail olunub.
Belə ki, bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, minimum aylıq əmək pensiyasının məbləği də 2023-cü il fevralın 1-dən 280 manata çatdırılıb. Beləliklə, 2018-ci ilə nisbətən minimum pensiyada 2,5 dəfə artıma nail olunub və hazırda minimum pensiya pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 40,7 faiz üstələyir.
H.Məmişov, eyni zamanda, yeni Sərəncamla pensiyaların Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək bu il yanvarın 1-dən artırıldığını qeyd edib.
Diqqətə çatdırılıb ki, bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat vəsait ayrılıb.
Qeyd edilib ki, 2023-cü ilin əvvəlindən indeksasiya əsasında pensiya artımı artıq bütün pensiyaçılara şamil olunur. Hazırkı yeni indeksasiya artımı da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılar (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) daxil olmaqla 1,1 milyon pensiyaçını əhatə edir.
Ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib və maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə 14,7 faiz indeksləşdirilərək artırılır.
Vurğulanıb ki, yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. İndeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faiz) üstələyir.
Yeni artımdan sonra pensiyaların orta aylıq məbləğinin 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatdığı bildirilib.
H.Məmişov, həmçinin deyib: “Dövlətimizin başçısının yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək artırıldığı kimi, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da istehlak qiymətləri indeksinin 2022-ci il üzrə illik səviyyəsinə uyğun olaraq, yəni 13,9 faiz indeksləşdirilərək artırılır.
Hər iki istiqamətdə artımlar, yəni həm pensiyaların, həm də fərdi hesablardakı pensiya kapitallarının artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir”.