“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
"Blue Origin" şirkətinin "New Glenn" daşıyıcı raketi Florida ştatının Kanaveral burnundakı 36 nömrəli kompleksində sınaq zamanı partlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu, "NASASpaceFlight.com" saytının canlı yayımından məlum olub.
Hadisə yerli vaxtla cümə axşamı təxminən saat 21:00-da (Bakı vaxtı ilə cümə günü saat 05:00-da - red.) baş verib.
"Blue Origin" şirkəti "X" hesabında sınaq zamanı anomaliyanın baş verdiyini təsdiqləyib. Şirkətin sahibi, ABŞ-li milyarder Ceff Bezosun sözlərinə görə, bütün işçilərin təhlükəsizliyi təmin edilib və heyət üçün heç bir təhlükə yoxdur. O vurğulayıb ki, qəzanın səbəbi ilə bağlı nəticə çıxarmaq hələ ki, tezdir.
Məlumata görə, partlayış o qədər güclü olub ki, Kanaveral-Keyp və Koko-Biç sakinləri evlərində titrəmələrin olduğunu və səmada parlaq parıltı görüldüyünü bildiriblər. Yerli hakimiyyət orqanları mümkün yanacaq sızmaları səbəbindən hər hansı təhlükə olmadığını qeyd ediblər.
Sınaqlar "New Glenn"in qarşıdakı həftələrə planlaşdırılan dördüncü buraxılışına hazırlıq məqsədilə aparılıb. Sınaq zamanı göyərtədə aparatlar olmayıb. Buraxılış infrastrukturuna dəyən ziyanın miqyası hələ ki, müəyyən edilməyib.
"New Glenn" "Blue Origin" tərəfindən kommersiya, elmi və milli missiyalar üçün hazırlanmış ağır sinifli raketdir.























































