“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
Masallı rayon sakini Rufullayev Oktay Əsəd oğlu tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədova ünvanlanan şikayət ərizəsinin surəti redaksiyamıza daxil olub.
Vətəndaşın müraciətində bildirilir ki, 21 may 2026-cı il tarixində Masallı Regional Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən yaşadığı evin qaz təchizatı dayandırılıb.
Şikayətçi qeyd edir ki, aidiyyəti quruma müraciət etdikdə ona 2024-cü ilə aid 357 manat məbləğində cərimə borcunun olduğu bildirilib. Lakin həmin dövrdən indiyədək bu barədə ona heç bir rəsmi bildiriş təqdim olunmayıb, aylıq ödəniş qəbzlərində də hər hansı borc göstərilməyib.
Oktay Rufullayevin sözlərinə görə, 2026-cı ildə yalnız SMS vasitəsilə məlumat aldıqdan sonra məsələ ilə bağlı idarəyə yaxınlaşıb. O, cərimənin hüquqi əsaslarını əks etdirən sənədləri tələb etsə də, ona heç bir rəsmi sənəd təqdim edilməyib. Daha sonra “ASAN Xidmət”ə müraciət edən vətəndaşa sistemdə adına hər hansı cərimənin görünmədiyi bildirilib.
Şikayətdə həmçinin qeyd olunur ki, 2024-cü ilin sentyabr ayında evin yaxınlığında baş vermiş hadisə nəticəsində qaz sayğacına zərər dəyib. Bununla bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hadisə yerinə gələn əməkdaşlar tərəfindən sayğac dəyişdirilib, polis arayışı təqdim olunub və sayğacın dəyəri olaraq 93 manat ödəniş edilib. Şikayətçi bildirir ki, həmin vaxt ona əlavə cərimə tətbiq olunmayacağı deyilib.
Buna baxmayaraq, vətəndaş iddia edir ki, 21 may 2026-cı ildə Masallı qaz sahəsinin əməkdaşları İlham İmanov və Sənan adlı işçi tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən evin qaz təchizatı dayandırılıb. O, həmçinin əməkdaşların vətəndaşla kobud rəftar etdiyini də bildirib.
Rufullayev Oktay Əsəd oğlu məsələ ilə bağlı aidiyyəti qurumlardan araşdırma aparılmasını, 357 manatlıq cərimənin hüquqi əsaslarının təqdim edilməsini, qazın dayandırılmasına hüquqi qiymət verilməsini və vətəndaşla kobud davranan əməkdaşlar barədə tədbir görülməsini xahiş edir.
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Məlumat Cənubunsəsi TV-nin rəhbəri Mərhəmət Lələyev tərəfindən sosial şəbəkələrdə paylaşılıb.























































