Menu
Xəbər Lenti
29 May 2026 12:10Manşet / Gündəm

Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev

 

Azərbaycanın dayanıqlı inkişafında enerji sektorunun xüsusi rolu vardır. Bu gün ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı, yeni sənaye və kənd təsərrüfatı layihələrinin reallaşdırılması enerji təminatının yüksək səviyyədə təşkilini tələb edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə enerji sektorunda aparılan islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da artırmış, ölkəmizin enerji təhlükəsizliyini möhkəmləndirmişdir. Bu mühüm sahədə peşəkarlığı və məsuliyyətli fəaliyyəti ilə seçilən şəxslərdən biri də “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayevdir.


Zülfi Ağayev uzun illərdir enerji sektorunda çalışan, zəngin idarəçilik təcrübəsinə malik olan peşəkar rəhbərlərdən biridir. Onun fəaliyyəti daim məsuliyyət, dəqiqlik və xalqa xidmət prinsipləri üzərində qurulmuşdur. Rəhbərlik etdiyi idarədə enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması və müasir texnologiyaların tətbiqi istiqamətində mühüm işlər həyata keçirilir.


Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji infrastrukturu tamamilə yenilənir, regionlarda yeni yarımstansiyalar və elektrik xətləri istifadəyə verilir, ən müasir texnologiyalar tətbiq olunur. Dövlət başçısının həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycan regionun enerji mərkəzinə çevrilmişdir. Elektrik enerjisinin keyfiyyətli və dayanıqlı şəkildə əhaliyə çatdırılması istiqamətində görülən işlər insanların rifahına və ölkənin inkişafına mühüm töhfə verir.


Zülfi Ağayev də bu uğurlu siyasətin həyata keçirilməsində öz əməli fəaliyyəti ilə seçilən rəhbərlərdən biridir. O, rəhbərlik etdiyi kollektivlə birlikdə enerji təchizatının daha da yaxşılaşdırılması, texniki problemlərin operativ həlli və vətəndaş müraciətlərinə həssas yanaşma istiqamətində daim səmərəli fəaliyyət göstərir. Aran bölgəsində elektrik şəbəkələrinin yenilənməsi, müasir avadanlıqların quraşdırılması və enerji itkilərinin azaldılması sahəsində görülən işlər onun peşəkar idarəçiliyinin nəticəsidir.


Zülfi Ağayevin fəaliyyətində diqqət çəkən ən mühüm məqamlardan biri də onun yüksək insani keyfiyyətləridir. O, hər zaman şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşır. Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinin yanında olmaq, qazilərimizin problemləri ilə maraqlanmaq və ehtiyacı olan insanlara dəstək vermək böyük mənəvi dəyərdir. Zülfi Ağayev bu dəyərləri həyat fəaliyyətində daim rəhbər tutan insanlardandır.


Şəhid ailələrinin ziyarət olunması, qazilərimizə mənəvi dəstək göstərilməsi, sosial aksiyaların təşkili və aztəminatlı ailələrə yardımların edilməsi onun humanist və xeyirxah xarakterindən xəbər verir. Xüsusilə müqəddəs bayram günlərində ehtiyacı olan insanlara yardım göstərilməsi, onların sevincinə şərik olunması cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. İnsanlara yardım etmək, onların problemlərinə biganə qalmamaq əsl vətəndaş mövqeyinin göstəricisidir.


Zülfi Ağayev həm də kollektiv arasında yüksək nüfuza malik rəhbərlərdən biridir. O, əməkdaşlarına qarşı diqqətli münasibəti, onların sosial rifahına həssas yanaşması və peşəkar iş mühitinin formalaşdırılması istiqamətində gördüyü işlərlə seçilir. Rəhbərlik etdiyi idarədə nizam-intizamın qorunması, əməkdaşların peşəkarlığının artırılması və gənc kadrların yetişdirilməsi daim diqqət mərkəzində saxlanılır.


Müasir dövrdə enerji sektoru strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Elektrik enerjisinin fasiləsiz təmin olunması həm insanların gündəlik rahatlığı, həm də iqtisadi inkişaf üçün vacib şərtdir. Bu baxımdan enerji sahəsində çalışan insanların fəaliyyəti olduqca məsuliyyətlidir. Zülfi Ağayev də bu məsuliyyəti yüksək səviyyədə dərk edən və öz fəaliyyətində daim dövlət maraqlarını üstün tutan rəhbərlərdən biridir.


Aran bölgəsi Azərbaycanın mühüm iqtisadi zonalarından biridir. Kənd təsərrüfatının inkişafı, sənaye müəssisələrinin fəaliyyəti və yeni yaşayış məntəqələrinin qurulması enerji təminatının daha da gücləndirilməsini zəruri edir. Bu istiqamətdə həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Zülfi Ağayevin rəhbərliyi ilə görülən işlər də regionun inkişafına xidmət edən uğurlu layihələr sırasındadır.


Onun dövlətçilik mövqeyi və vətənə bağlılığı xüsusi qeyd olunmalıdır. Zülfi Ağayev hər zaman Azərbaycan dövlətinin maraqlarını uca tutur, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir. Bu gün Azərbaycan dünyada güclü və qalib dövlət kimi tanınırsa, bu uğurların təməlində xalqın birliyi, dövlət başçısının qətiyyətli siyasəti və öz işini vicdanla yerinə yetirən insanların əməyi dayanır.


Zülfi Ağayevin fəaliyyəti göstərir ki, rəhbər olmaq yalnız vəzifə daşımaq deyil, həm də insanlara xidmət etmək, onların problemlərinə həssas yanaşmaq deməkdir. O, həm peşəkar idarəçi, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi ətrafındakıların hörmətini qazanmışdır. Onun fəaliyyəti gənc nəslə də nümunədir və vətənə sədaqətli xidmətin bariz örnəyi kimi qiymətləndirilir.


Bu gün Azərbaycan xalqı müstəqil dövlətimizin uğurlarını böyük qürur hissi ilə yaşayır. 28 May – Müstəqillik Günü xalqımızın şanlı tarixinin ən əlamətdar günlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənir və ölkəmiz gündən-günə inkişaf edir. Eyni zamanda müqəddəs Qurban bayramı xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu özündə əks etdirən ən əziz bayramlardan biridir.


Sonda “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayevi müqəddəs Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy Uca Allah xalqımızı daim qorusun, dövlətimizi daha da gücləndirsin və ölkəmizdə əmin-amanlıq, firavanlıq əbədi olsun!


 

Fərid Səfərov



AJB-nin üzvü