“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanovadan müqəddəs “Qurban” bayramı təbriki
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
İsmayıl Zalov beynəlxalq media görüşündə: Azərbaycanın hüquqi sistemi, demokratik inkişafı və insan hüquqları ilə bağlı suallara ətraflı cavablar
“Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən - Astarada bir ağsaqqal yaşayır...
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
Fədək restoranının sahibi Hacı Məhərrəm Rəhimovun xeyriyyəçilik nümunəsi
Hacıqabul rayonunda tanınan xeyriyyəçi iş adamı, “Fədək” restoranının sahibi Hacı Məhərrəm Rəhimov uzun illərdir ki, təkcə sahibkarlıq fəaliyyəti ilə deyil, həm də sosial məsuliyyətli mövqeyi, xeyirxah əməlləri və insanlara göstərdiyi diqqət və qayğı ilə seçilən nüfuzlu şəxslərdən biridir. Onun fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və xüsusilə şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün gördüyü işlər geniş rəğbət doğurur.
Hacı Məhərrəm Rəhimov hər zaman sosial həssas qruplara xüsusi diqqət göstərərək onların yanında olmağa çalışır. O, şəhid ailələrinin və müharibə iştirakçılarının cəmiyyətimizdəki yüksək dəyərini dərindən dərk edir və bu ailələrin sosial rifahının yaxşılaşdırılmasını özünün mənəvi borcu hesab edir. Məhz bu yanaşma onun xeyriyyəçilik fəaliyyətinin əsasını təşkil edir.
İş adamı olaraq Hacı Məhərrəm Rəhimov ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətini, xüsusilə də Prezident cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasını daim dəstəkləyir. O hesab edir ki, Azərbaycanda həyata keçirilən siyasət və aparılan islahatlar vətəndaşların rifahının yüksəldilməsinə, regionların inkişafına və sosial ədalətin gücləndirilməsinə xidmət edir. Bu səbəbdən o, öz imkanları daxilində dövlətin sosial təşəbbüslərinə dəstək verməyə çalışır.
Hacı Məhərrəm Rəhimovun xeyriyyəçilik fəaliyyəti yalnız müəyyən dövrlərlə məhdudlaşmır, o, ilboyu ehtiyacı olan ailələrə yardım göstərir, onların problemlərinin həllinə dəstək olur. Lakin xüsusilə dini və milli bayramlarda onun xeyirxahlığı daha geniş miqyas alır. Bu gün də müqəddəs Qurban Bayramı münasibətilə Hacı Məhərrəm Rəhimov ənənəsinə sadiq qalaraq qurbanlar kəsmiş, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə paylayaraq onların bayram sevincinə ortaq olmuşdur.
Onun bu addımı cəmiyyətdə böyük rəğbətlə qarşılanır. İnsanlara sevinc bəxş etmək, ehtiyacı olanların süfrəsinə bərəkət qatmaq və onların üzündə təbəssüm yaratmaq Hacı Məhərrəm Rəhimov üçün ən böyük mənəvi qazanc hesab olunur. O, hər zaman vurğulayır ki, xeyirxahlıq insan həyatının ən uca dəyəridir və bu dəyərin yaşadılması cəmiyyətin sağlam mənəvi əsaslar üzərində qurulmasına xidmət edir.
Fədək restoranı da təkcə bir iaşə müəssisəsi kimi deyil, həm də sosial məsuliyyət layihələrinin həyata keçirildiyi bir mərkəz kimi tanınır. Burada vaxtaşırı xeyriyyə aksiyaları təşkil olunur, ehtiyacı olan ailələrə dəstək göstərilir və müxtəlif sosial təşəbbüslər həyata keçirilir. Bu isə Hacı Məhərrəm Rəhimovun biznes yanaşmasının humanist dəyərlərlə vəhdət təşkil etdiyini göstərir.
Cəmiyyət üçün nümunəvi iş adamı olan Hacı Məhərrəm Rəhimovun fəaliyyəti gənc sahibkarlar üçün də örnək hesab olunur. O, sübut edir ki, uğurlu biznes fəaliyyəti yalnız gəlir əldə etməklə ölçülmür, eyni zamanda cəmiyyətə fayda vermək, sosial məsuliyyət daşımaq və insanlara dəstək olmaqla daha da dəyər qazanır.
Bu müqəddəs Qurban Bayramı günündə Hacı Məhərrəm Rəhimovun həyata keçirdiyi xeyriyyəçilik əməlləri bir daha göstərir ki, onun fəaliyyəti yalnız iqtisadi sahə ilə məhdudlaşmır, həm də mənəvi dəyərlərə söykənir. İnsanlara sevinc bəxş etmək, onların ehtiyaclarını qarşılamaq və bayram sevincini paylaşmaq onun həyat prinsipinə çevrilmişdir.
Sonda qeyd etmək olar ki, Hacı Məhərrəm Rəhimov cəmiyyətimizdə xeyirxahlığı, insanpərvərliyi və sosial məsuliyyəti ilə seçilən iş adamlarından biridir və onun fəaliyyəti daim yüksək qiymətləndirilir.
Redaksiyamız adından Hacı Məhərrəm Rəhimovu və onun əzizlərini müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, uzun ömür, ruzi-bərəkət və davamlı uğurlar arzulayırıq. Qurban Bayramınız mübarək olsun!
Fərid Faiqoğlu






















































